Ordu.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, bunu KTMT-nin Baş katibi vəzifəsini icra edən Valeri Semerikov bildirib.
O qeyd edib ki, ölkə rəhbərlərinə məruzə təqdim etmək üçün qərar qəbul ediləcək.
“Mayın 22-də KTMT-yə üzv ölkələrin Xarici İşlər nazirləri tərəfindən Kollektiv Şəhlükəsizlik Şurasının qərarında nəzərdə tutulduğu kimi, Belarus nümayəndəsinin 2020-ci il yanvarın 1-dən etibarən təyinatı barədə ölkə rəhbərlərinə məruzə təqdim etmək üçün qərar qəbul ediləcək”, - deyə Semerikov qeyd edib.
Semerikov, həmçinin vurgulayıb ki, KTMT-nin Baş katibi məsələsi mayın 22-də həll ediləcək.
Alpər Mövludoğlu
Ordu.az