Zaxarova: “Ermənistan Rusiya ilə münasibətləri Avropa İttifaqına yönəlmiş vasitə kimi görür”

2026/06/1782132432.jpg
Oxunub: 194     16:46     22 İyun 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Ermənistan Moskva ilə münasibətlərdən Avropa istiqamətində yenidən istiqamətlənmənin maliyyələşdirilməsi üçün alət kimi istifadə etməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Mariya Zaxarova “RIA Novosti” agentliyinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, İrəvanın davranışları belə bir təsəvvür yaradır ki, Rusiya ilə münasibətlər strateji tərəfdaşlıqdan daha çox taktiki vasitə kimi qiymətləndirilir.

“Möhkəm təəssürat yaranır ki, Moskvayla münasibətlər İrəvanda Avropa istiqamətinə yenidən yönəlmənin maliyyələşdirilməsi üçün yol açmağa xidmət edən bir növ taktiki alət kimi qəbul olunur”, - deyə Zaxarova bildirib.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Moskva Ermənistanın xarici siyasətdə atdığı addımları diqqətlə izləyir və bu proseslərin gələcək nəticələrini qiymətləndirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin