Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.
“Rusiya, eləcə də Avrasiya İqtisadi Birliyinin digər üç üzvü olan Belarus, Qazaxıstan və Qırğızıstan bu məsələyə mümkün qədər tez aydınlıq gətirilməsini istəyir”, - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Birliyin dörd ölkəsinin liderlərinin mayın 29-da qəbul etdiyi birgə bəyanatda Ermənistanda bu məsələ ilə bağlı ümumxalq referendumunun qısa müddətdə keçirilməsinin vacibliyi vurğulanıb.
Zaxarova bildirib ki, Ermənistan Konstitusiyasına əsasən, ölkənin fövqəldövlət beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı qərarların qəbul edilməsinin yeganə mexanizmi məhz referendumdur.
O əlavə edib ki, Birliyin dörd ölkəsinin hökumətləri yaranmış vəziyyətlə bağlı birgə analitik hesabat hazırlayacaq və onu dekabr ayında keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasına təqdim edəcəklər.
“Bu iş, şübhəsiz ki, həyata keçiriləcək”, - deyə Zaxarova sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az