Azərbaycan və Türkmənistan Şərq-Qərb xətti üzrə dəhlizlərin yaradılmasında sıx əməkdaşlıq edəcək

2026/06/1782132734.jpg
Oxunub: 169     16:38     22 İyun 2026    
Azərbaycan və Türkmənistan öz ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılıq əldə edib.

Ordu.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

"İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu təsdiqlədik. Həmçinin Türkmənistanla Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək", - Sərdar Berdiməhəmmədov qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevlə iqtisadi-ticari əməkdaşlıq da ətraflı müzakirə olunub.

Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkmənistan  


Bizi "telegram"da izləyin