“ABŞ və İran uğurlu saziş üçün möhkəm zəmin yaradıb” - Vens

2026/06/1781536593.jpg
Oxunub: 214     16:41     22 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehran arasında aparılan danışıqlarda yekun razılaşma üçün ciddi əsasların formalaşdırıldığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, ABŞ və İran arasında İsveçrənin Bürgenştok şəhərində davam edən danışıqlar mühüm nəticələr verib.

“Biz uğurlu yekun saziş üçün çox yaxşı zəmin yaratmışıq. Yekun saziş evdirsə, biz onun bünövrəsini qoymuşuq. Hələ evin özünü tikməmişik, lakin möhkəm təməl yaratmışıq”, - deyə Vens bildirib.

ABŞ rəsmisi yekun razılaşmanın əldə olunması istiqamətində işlərin davam etdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İran  


Bizi "telegram"da izləyin