Şri-Lankada müsəlmanlara təşkil edilən hücumu əks etdirən videogörüntülər yayılıb.
Ordu.az xəbər verir ki, görüntülərdə xeyli sayda motosikletli şəxsin müsəlmanlara məxsus evlərə hücum etməsi aşkar görünür.
Qeyd edək ki, Şri-Lankada aprelin 21-də baş verən terror aktlarından sonra müsəlmanlara qarşı nifrət yaranıb. Otel və kilsələrdə baş verən 8 terror aktında 250-dən çox insan həyatını itirib.