Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda zirehli texnikanın azaldılması barədə bu layihəyə NATO ilə “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində nail olmaq mümkün olub.
Bunu həyata keçirmək üçün Ermənistan Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin nümyəndə heyəti, həmçinin NATO nümayəndələri və Almaniyadan olan yüksək vəzifəli hərbçilərdən ibarət heyət Yeğvardda dislokasiya olunan hərbi hissədə olublar.
Bu gün Ermənistanda 21 ədəd zirehli texnikanın azaldılması nəzərdə tutulur. Layihə çərçivəsində daha 140 ədəd zirehli texnika zərərsizləşdiriləcək. Layihənin sonrakı mərhələlərində isə Ermənistanda Minadan Təmizləmə üzrə Tədris Bölməsinin yaradılmasının planlaşdırıldığı qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az