“Qarabağda müharibə 90-cı illərdəki kimi olmayacaq” – EKSKLÜZİV (MÜSAHİBƏ)

2019/05/60271-1557752783.jpg
Oxunub: 2362     17:20     13 May 2019    
“Dəfələrlə güclü olan Azərbaycan Ordusuna qarşı uzun müddət davam gətirə bilməyəcəklərini Ermənistanda da yaxşı anlayırlar. Bu artıq 90-cı illərin döyüşü olmayacaq”.

Ordu.az rusiyalı jurnalist-analitik, etnik münaqişələr üzrə ekspert Evgeni Mixaylovla eksklüziv müsahibəni təqdim edir:

- Mayın 12-də Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 25 illiyi qeyd olundu. Siz necə hesab edirsiniz, Azərbaycan və Ermənistan bu müddətdən necə istifadə etdi?

- Əgər sosial-iqtisadi inkişaf baxımından baxsaq, Azərbaycan birmənalı olaraq bu 25 ildən faydalı istifadə etdi. 1994-cü ilin may ayında Azərbaycan iqtisadi cəhətdən cox zəif idi. 2019-cu ilin may ayında biz təmamilə fərqli bir dövlət görürük. Bu gün Azərbaycan vətəndaşları başqa bir dövlətdə yaşadığını söyləmək hüququna malikdirlər. Əsla əsassız olmayan və gerçək rəqəmlərə baxaq. Bütün bu illərdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Ötən 15 il ərzində ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə artıb və valyuta ehtiyatları bu gün 45 milyard dollar təşkil edir. Və bu, böyük bir göstəricidir.

Eyni sözləri Azərbaycan Ordusu haqqında da demək olar. Biz hamımız yaxşı bilirik ki, müharibə illərində Qarabağdakı müntəzəm erməni qoşunları bir-biri ilə əlaqəsi olmayan, parakəndə özünümüdafiə dəstələri mübarizə aparırdı. Yalnız 1993-cü ilin ortalarında, Heydər Əliyev hakimiyyətə qayıtdıqda, ordu qurmaq üçün addımlar atıldı. Lakin bir neçə ay ərzində illər boyu yığılan problemləri həll etmək mümkün deyildi.

1994-cü ilin may ayından sonra Bakı sürətlə Azərbaycan Ordusunu formalaşdırmağa başladı. İlham Əliyevin Prezident seçildikdən sonra o, sosial-iqtisadi inkişafla yanaşı, Silahlı Qüvvələri gücləndirməyə də xüsusi önəm verməyə başladı. İldən ilə Azərbaycan hərbi büdcəsini artırdı, Rusiya, Türkiyə, İsrail və Belarusdan yeni və ən güclü silah və texnikaların satın alındığının şahidi olduq. Bu gün Azərbaycan ordusu nəinki Cənubi Qafqazın ən güclü ordusudur, həm də dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir.

Bəs Ermənistan?

Mən ümumiyyətlə şişirtmək istəmirəm, lakin Azərbaycan zamanı öz xeyrinə istifadə edə bildi, Ermənistan isə bunu bacarmadı. Bəli, o, Dağlıq Qarabağı və 7 ətraf rayonunu ələ keçirdi, lakin ermənilərin sevinci qısamüddətli oldu. Ermənistan təkcə blokadada deyil, həm də regional iqtisadi, enerji, nəqliyyat layihələrindən məhrum oldu, iqtisadiyyatı təmamilə çökməyə başladı, əhalinin sayı isə ildən-ilə azaldı. Ermənistanda ən pis vəziyyət isə həm ölkəni, həm də vətəndaşı zülümkarcasına talan edən "Qarabağ klanı"nın hakimiyyətə gəlməsi oldu. Və ermənilər ayaqları ilə "səs verməyə" başladılar. Ermənistanın Azərbaycanla müharibənin ilk mərhələsini qazanması isə sadəcə Pirr qələbəsidir.

Qarabağın özündə vəziyyət daha pisdir. Bu region iqtisadi baxımdan uzun müddət Ermənistanla deyil, Azərbaycanla sıx bağlı olub. İrəvanın bu gün özünü qidalandırmaq imkanı yoxdursa, o zaman 50 mindən az insanın yaşadığı Qarabağ haqqında nə danışmaq olar? Nəticədə, bir çox Qarabağ sakinləri öz qəlblərində başa düşürlər ki, onlar Azərbaycanda daha yaxşı yaşayırdılar və nahaq yerə 1988-ci ildə millətçi ideyalarına aldandılar. Bundan başqa, onlar öz həyat səviyyəsini Azərbaycanın digər hissəsinin necə yaşaması ilə müqayisə edə bilərlər. Yəni, "miatsum" adlanan bir sabun köpüyü partlayıb - dünyada heç bir ölkə, heç bir beynəlxalq təşkilat Qarabağı tanımır və onun işğalını dəstəkləmir.

- Dünən, mayın 12-də, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etdi ki, Ermənistan və Azərbaycan xalqları sülh və tərəqqiyə layiqdir, mən hamını bu hədəfə doğru hərəkət etməyə çağırıram. Paşinyanın bu kimi bəyanatlarına necə baxırsınız?

- Mən onun digər bəyanatları kimi bunu da ciddi hesab etmirəm. Bəli, azərbaycanlılar və ermənilər sülhə layiqdirlər, lakin Ermənistan hakimiyyəti bunun üçün nə edib? Bu qanlı müharibəni Azərbaycan başlamayıb, azərbaycanlılar qonşu ölkələrə hücum etməyib, azərbaycanlılar Xocalıda soyqırım törətməyib. Mən Azərbaycanın səbrinə təəccüblənirəm. Uzun illərdir ki, Bakı prinsipial səbrlilik nümayiş etdirərək danışıqlar yolu ilə Ermənistan hakimiyyətini beynəlxalq qanunlara əməl etməyə və erməni ordusunu Azərbaycanın ərazisindən geri çəkməyə razı salmağa ümid edir.

Əgər Paşinyan həqiqətən sülh barədə narahat olsaydı, onun ilk addımı erməni ordusunun Qarabağdan qeyd-şərtsiz çıxarılması olardı. Lakin bu baş vermir. Əksinə, Ermənistan rəhbərliyi həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəldərək, mənasız bəyanatlarla yalançı sülh çağırışlarına davam edir. İrəvan bilir ki, Bakı heç vaxt öz ərazilərinin parçalanması ilə razılaşmayacaq və tezliklə gücdən istifadə etməli olacaq.

- Yəni, Siz münaqişənin hərbi həllini istisna etmirsiniz?

- Əgər Ermənistan gələcəkdə də vaxt uzadarsa, Azərbaycan nə etməlidir ki? Bakı əbədi danışıqlar aparmayacaq və bir an başa düşəcək ki, ərazilərin geri qaytarmağın yeganə yolu müharibədir. Lakin yuxarıda qeyd olunanları nəzərə alaraq demək istəyirəm ki, dəfələrlə güclü olan Azərbaycan Ordusuna qarşı uzun müddət davam gətirə bilməyəcəklərini Ermənistanda da yaxşı anlayırlar. Bu artıq 90-cı illərin döyüşü olmayacaq. Buna görə də İrəvanda bu qədər qıcolma vəziyyətində tələsirlər, sülh tələb edirlər, vasitəçilərlə görüşürlər ki, bu anı sadəcə gecikdirsinlər. Əslində Azərbaycanla Ermənistan arasında sülh mümkün deyil, çünki bir ölkə digərinin ərazisinin işğalına davam edir. Bu nə qədər pis səslənsə də, əgər heç bir önləyici addım atılmasa, gec ya tez müharibə qaçılmaz olacaq. Fikrimcə uduzan tərəf isə münaqişə tərəflərinin hərbi potensialını nəzərə alaraq, öz siyasətçiləri tərəfindən bir daha zərbəyə məruz qoyulan Ermənistan və erməni xalqı olacaq.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu   Ermənistan   İşğal   Qarabağ   Paşinyan  

“Qarabağda müharibə 90-cı illərdəki kimi olmayacaq” – EKSKLÜZİV (MÜSAHİBƏ)

2019/05/60271-1557752783.jpg
Oxunub: 2363     17:20     13 May 2019    