Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens mətbuat konfransında bildirib.
“İranlılar BAEA müfəttişlərini yenidən öz ölkələrinə dəvət etməyə razılaşıblar”, - deyə Vens qeyd edib.
Onun sözlərinə görə, bu addım “tam nüvəsizləşdirməyə və ya İranın nüvə proqramının dayandırılmasına doğru ilk addımdır”.
“Bu, məhz bizim istədiyimiz və İrandan tələb etdiyimiz məsələ idi”, - deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.
Vens BAEA müfəttişlərinin artıq iyunun 22-də İrana səfər edə biləcəyini də istisna etməyib.
“Mən gözləyirəm ki, bu ən azı bu həftə baş verəcək. Lakin hesab edirəm ki, müfəttişlər və BAEA ilə bəzi müzakirələr artıq bu gün də keçirilə bilər”, - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfi bazar ertəsinə keçən gecədən etibarən BAEA müfəttişləri ilə əlaqə yaratmağa çalışıb.
Sevinc Əliyeva
Ordu.az