Məmmədyarov Brüsseldə Mnatsakanyanla görüşüb

2019/05/60013-1557751474.jpg
Oxunub: 411     21:00     13 May 2019    
Brüsseldə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmdəyarovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Anna Nağdalyan “Sputnik Armenia” agentliyinə məlumat verib.

Bu gün Brüsseldə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Azərbaycan Xarici İşlər naziri Elmar Məmmdəyarov arasında Şərq tərəfdaşlığının 10 illiyinə həsr edilmiş nazirlər görüşü çərçivəsində görüş baş tutub.

“Ermənistan və Azərbaycan nümayəndələrinin rəsmi danışıqlar aparması nəzərdə tutulmayıb. Lakin zirvə görüşü çərçivəsində qısa görüş baş tutub. Nazirlər bir-birinin əlini sıxıblar”, - deyə Ermənistan XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, bir neçə saatdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da Brüsseldə olacaq. Paşinyanın Şərq tərəfdaşlığının 10 illiyinə həsr edilmiş Avropa Şurasının sədri Donald Tusk adından veriləcək rəsmi ziyafətdə iştirak edəcəyi bildirilir.

Həmçinin xatırladaq ki, Nikol Paşinyanla bərabər onun həyat yoldaşı Anna Hakobyan da 12-13 may tarixləri arasında işgüzar səfərlə Lüksemburq hersoqluğunda və Brüsseldə olublar.

Ermənistan Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Baş nazirin Baş müşaviri Arsen Qasparyan, Baş nazirin köməkçisi Hraçya Taşçyan daxildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Elmar-Məmmədyarov   Zöhrab-Mnatsakanyan  

Məmmədyarov Brüsseldə Mnatsakanyanla görüşüb

2019/05/60013-1557751474.jpg
Oxunub: 412     21:00     13 May 2019    