“Pakistan Ermənistanı tanımır, Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir” - Səfir

2019/05/photo-1557753505.jpg
Oxunub: 1188     17:15     13 May 2019    
“Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir”.

Ordu.az xəbər verir ki, bu sözləri Pakistan mətbuatına müsahibədə Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə deyib.

O bildirib ki, Pakistan Ermənistanı tanımır və iki ölkə arasında diplomatik əlaqələr mövcud deyil.

“Pakistan və Azərbaycan qardaş ölkədir. Bizim münasibətlərimiz isti və səmimidir, etimad və hörmət üzərində qurulub. Biz sevinc və kədərimizi paylaşırıq” , - deyə səfir bildirib.

Səfir qeyd edib ki, Pakistanda fövqəladə hadisələr baş verəndə Azərbaycan dərhal yardım göndərir.

“Pakistanda fövqəladə hadisələr baş verəndə Azərbaycan hökuməti çevik reaksiya göstərərək yardım edib” , - deyə pakistanlı səfir əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   Azərbaycan   Ermənistan   İşğal  

“Pakistan Ermənistanı tanımır, Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir” - Səfir

2019/05/photo-1557753505.jpg
Oxunub: 1189     17:15     13 May 2019    