Ordu.az xəbər verir ki, o, bu barədə Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı danışıb.
Türkmənistan Prezidenti Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunaraq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib.
Ordu.az