Paşinyanın 13 bəndlik "hərbi tezisi"nə CAVAB (HƏRBİ EKSPERT)

2019/05/234-1557837999.jpg
Oxunub: 1212     17:01     14 May 2019    
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-də İrəvanda hakimiyyət səlahiyyətlərinin 1 illiyi ilə əlaqədar jurnalistlərlə görüş təşkil edərək fəaliyyəti dövrünü əhatə edən müddətdə görülən işlərə dair bir çox rəqəmlər səsləndirib.

Bu yazıda Ermənistan Baş nazirinin simvolik olaraq 100 fakt adlandırdığı hesabatın ordu və hərbi sahələri əhatə edən hissəsinə diqqət yetiriləcək.

1. Paşinyan hesabatında ilk olaraq keçirilən hərbi islahatlar və tədbirlər nəticəsində “ön xəttin 47 döyüş mövqeyinin sənaye elektrik xətti ilə, 73 döyüş mövqeyinin isə su xətti ilə təmin edilməsini, hazırda 180 döyüş mövqeyinin, qarşıdakı günlərdə isə daha 45 döyüş mövqeyinin soyuducularla təmin ediləcəyini, hərbi hissələrə 380-dək paltaryuyan verilməsini, sərhəd boyu 136 yeni müasir müşahidə kameralarının quraşdırıldığını və bu proseslərin davam etdiyini” açıqlayıb.

Paşinyan müxalifətdə olduğu müddətdə diqqət yetirmədiyi məsələlərə toxunmadığı halda, hakimiyyət dəyişikliyindən sonra bu rəqəmləri elan etməklə özünü bir ordu “xilaskarı” kimi təqdim etməyə çalışır, əslində isə ön xətdə qulluq edən şəxsi heyətin bütün növ avadanlıqlarla təmin edilməsi ölkə və ordu rəhbərliyinin birbaşa vəzifəsidir.

Hesabatda 47 döyüş mövqeyinin sənaye elektrik şəbəkəsinə qoşulduğu bildirilir. Lakin onların neçəsinin son bir ildə qoşulduğu bildirilmir. Düşünək ki, Paşinyan döyüş movqeyi dedikdə maksimum manqanı (döyüş mövqeyi yalnız tək əsgərə və manqaya aiddir, bir taborda isə 27 motoatıcı və 6-9 minaatan manqası, yəni bir o qədər də əsas döyüş mövqeyi olur) nəzərdə tutub. 47 döyüş mövqeyi maksimum bir gücləndirilmiş və ya iki standart motoatıcı taborun müdafiə rayonunu formalaşdıra bilər. Deməli Ermənistan ordusunun minimum bir, maksimum iki taborunun döyüş mövqeləri sənaye elektrik şəbəkəsinə qoşulub.

Qafqaz kimi bol sulu dağlıq ərazilərində erməni ordusunun döyüş mövqelərinin su ilə təchizatı barədə 27 ildən sonra ilk dəfə danışmağa başlayan Paşinyana heç kimin “İndiyə qədər ordu niyə su ilə təmin edilmirdi? Bu vəzifələri yerinə yetirməli olan mühəndis xidməti rəislərindən və ya bu işlərin yerinə yetirilməsinə nəzarət etməyə borclu olan hərbi hissə komandirlərindən neçə nəfər məsuliyyətə cəlb edilib?” sualını səsləndirməməsi təəccüb doğurur. İstənilən halda 73 döyüş mövqeyinin su ilə təmin edilməsi ən yaxşı halda iki-üç motoatıcı taborun (alaydan söhbət getmir) döyüş mövqelərinin su ilə təmin edilməsi deməkdir. Bunlar isə 40.000 nəfərlik ordu miqyasında kiçik rəqəmlərdir.

Hazırda 180, qarşıdakı günlərdə isə daha 45 soyuducu döyüş mövqelərinə paylanacaq. Bu isə təxminən 1000-2000 nəfərlik şəxsi heyətin tələbatını ödəyə bilər. Deməli 27 il ön xətdə isti yay günlərində ərzaqlar soyuducudan kənarda, ən yaxşı halda yeraltı zirzəmilərdə sicanların fəal müdaxiləsi şəraitində saxlanılıb.

Hərbi hissələrə 380-dək paltaryuyan verilməsi, döyüş mövqelərinin 180 soyuducu ilə təmin edilməsi, erməni əhalinin baxış bucağından təqdirəlayiq addımdır. Lakin adicə soyuducu və ya paltaryuyan ilə ordunun təminatını 3-cü onillikdir ki, həyata keçirə bilməyən Ermənistan ordusuna “ciddi” silah sistemlərinin tədarük edilməsi, onlara texniki xidmət göstərilməsi və döyüşə hazır vəziyyətdə saxlanılması üçün böyük maddi vəsaitlər tələb edilir. Hərbi texnikanın işə salınmadan parkda passiv şəkildə saxlanılması, mövsümlə əlaqəli texniki qulluğu belə ciddi vəsait tələb edir.

Digər tərəfdən isə cəmi 47 döyüş mövqeyinin elektrik şəbəkəsinə qoşulduğunu nəzərə alsaq, ortada bir az uyğunsuzluq yaranır. Belə çıxır ki, 6-7 nəfərlik manqanın döyüş mövqeyində 8 ədəd paltaryuyan və ya 4 ədəd soyuducu olacaq. Bir az absurd səslənir, buna görə bu barədə bu sahənin peşəkarları danışmalıdırlar. Rəqəmlər bir-birini təkzib etməməlidir.

Kameraların quraşdırılmasına gəldikdə isə bunun Paşinyandan 2 il əvvəl başlayan və başqa ölkələr tərəfindən maliyyəşdirilən proses olduğunu deyə bilərik. Burada Paşinyanın rolunun nədən ibarət olduğunu yəqin ki, onun özü də bilmir.

2. Digər bir bənddə isə “əsgərlərin istəyinə görə hərbi hissələrə və döyüş mövqelərinə ərzaq təminatının tərkibinə xeyli dəyişiklik edildiyi, ərzaq təminatı tərkibinə lavaş, günəbaxan yağı, kartof, soğan, tomat pastası, mövsümə uyğun pomidor və xiyar, gələcəkdə isə əlavə olaraq bal veriləcəyi, donuz əti, sarımsaq, qara bibər, qırmızı bibər, makaron və s. ərzaqların verildiyi” bildirilir.

Burada ya bilərəkdən, ya təcrübəsizlik, ya da savadsızlıq ucbatından səhlərə yol verilib. Birincisi hərbi qulluqçuların qida normaları onun rasionu və tərkibi əsgərin istəyinə görə deyil, ordunun mənsub olduğu xalqın milli mətbəxinə və həmin şəxsi heyətin məruz qaldığı fiziki yüklənmənin səviyyəsinə uyğun olaraq, elmi-tədqiqat insitutları və müvafiq ərzaq xidmətlərinin peşəkar nümayəndələri tərəfindən, yağların, zülalların və karbohidratların sağlam nisbəti qorunmaqla, uzunmüddətli sınaqlar və təhlillərdən sonra təyin edilir.

İkincisi isə Paşinyanın “ərzaq təminatı tərkibinə lavaş, günəbaxan yağı, kartof, soğan, tomat pastası, mövsümə uyğun pomidor və xiyar, gələcəkdə isə əlavə olaraq bal veriləcək. Donuz əti, sarımsaq, qara bibər, qırmızı bibər, makaron və s. ərzaqlar da verilir” bəyanatı belə təsəvvür yaradır ki, sanki erməni əsgərlər əvvəllər bu ərzaqlarla təmin edilmirdilər. Bu qədər uzun və birmənalı olmayan cümlələr qurmaqdansa, Paşinyan fikrini erməni əsgərin əvvəllər qəbul etdiyi ərzağın kilokalorilə nə qədər artdığını rəqəmlə ifadə etsəydi, daha doğru olardı. Məsələn, “ön xətdə xidmət edən erməni əsgəri bu günə qədər 4000 kkal, gələn ildən 5000 kkal ekvivalentində ərzaq qəbul edəcək. Bu fərq onlara əlavə olaraq gündəlik veriləcək 20 qram bal, 50 qram qaymaq və 100 qram ərik və ya onun qurusu hesabına formalaşacaq” kimi ifadə hamı üçün qəbuledilən ola bilərdi.

3. Erməni baş nazirin “müddətli xidmət hərbi qulluqçularının bundan sonra yüksək keyfiyyətli əşya təminatı ilə təmin ediləcəyi, gələcəkdə hərbçilərə verilən üst geyim və ayaqqabının keyfiyyətində də xeyli dəyişiklik aparılacağı” barədə vədləri hələ gələcək zamana aid məsələdir. Onu zaman göstərəcək.

Belə bəyanatları əvvəlki hakimiyyət nümayəndələri də dəfələrlə səsləndirib, lakin reallıqda erməni əsgərinin nə geydiyini, nə içdiyini, nə yediyini özüm müşahidə etmişəm. 2016-ci ildə Azərbaycan Ordusunun ələ keçirdiyi mövqelərin hamısında olmuşam. Ermənistan ordusunun 30- 40 dəqiqə döyüşdən sonra tərk etdiyi döyüş mövqelərindəki antisanitariyanın, əsgəri çəkmə əvəzinə rezin uzunboğaz çəkmələrin, bitli-birəli yataq dəstlərinin, aylarla hisi-pası təmizlənməyən qazanların, lampa ilə işıqlandırılan primitiv sığınacaqların və s. şəxsən şahidiyəm.

Bəyanatda erməni Baş nazir yalnız müddətli hərbi qulluqçuların əşya təminatının yaxşılaşdırılmasına toxunub, zabit və gizirlərin necə geyinəcəyi onun maraq dairəsindən kənarda qalıb.

4. Ermənistanın Su-30SM çoxməqsədli qırıcıların alınması prosesinə başlaması barədə danışan Paşinyana, “Su” sinifinə aid olan təyyarələrin, xüsusilə də qırıcıların həm qəza sayı ilə, həm də erməni əsilli pilotlarların ruhunun ən qısa zamanda ulu Qriqor Lusavoriçin ruhu ilə qovuşmasına yaratdığı geniş imkanlarla yaxından tanış olmasının tövsiyə edilməməsi təəssüf doğurur.

Əgər Ermənistanda bunu unudularsa, o zaman “Lusavoriç naminə” xatırlatmağa borcluyuq: 2018-ci ilin mayın 3-də Rusiyanın Su-30SM döyüş təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğradı. Qaza zamanı ekipajın komandiri erməni əsilli Albert Davtyan və adı açıqlanmayan, lakin Suriya HHQ-nin zabiti olduğu ehtimal edilən ikinci pilot həlak oldu.

2018-ci ilin dekabrın 4-də Ermənistan HHQ-yə məsus, Rusiya istehsalı olan növbəti Su-25 hərbi təyyarəsi 2 erməni pilotun həyatına son qoydu. Yalnız 2018-ci ildə “Su” qırıcıları 3 erməni pilotun əvvəlcə özlərini, daha sonra ruhlarını göylərə uçurmaqla bir rekorda imza atdı.

Digər bir tərəfdən isə dünyanın ən çoxsaylı qəza antirekorduna malik “Su” ailəsinə aid “ən müasir” SSJ-100 sərnişin təyyarəsinin mayın 6-da ildırım vurması nəticəsində qəzaya uğraması nəticəsində həlak olan 41 sərnişinin tanınması başa çatmadan, 10 ildir ki, cəmi 10 milyon dollar vəsaitə görə əldə edilə bilməyən “Su” təyyarəsinin nə zamansa başqalarının vəsaiti hesabına alınması, vəsf ediləcək bir hadisə deyil.

Alınacaq Su-30 qırıcıları bəzi illərdə, hətta iki dəfə qəza törədən azsaylı hava vasitələrindəndir. O, bu siyahıda sələfi, əslində bənzəri olan Su-27-ni təqib edir. Bir çox ölkələr artıq bu sinifin həm hərbi, həm də mülki təyyarələrinin istismarına son qoymağa hazırlaşarkən, Paşinyan onların əldə edilməsini öz nailiyyəti kimi qələmə verir. Əslində onun digər bir aviasiya vasitəsini əldə etmək şansı da yoxdur. Çünki normal ölkələr hazır məhsullarını kredit adı ilə pay verib vassallarından öz maraqları naminə istifadə etmirlər. Heç bir halda Ermənistan coğrafiyasının miqyasına uyğun olmayan 3-4 ədəd Su-30 təyyarəsi regiondakı hərbi balansa təsir edə bilməz.

Paşinyan “digər texnika və silahlar barədə məlumat verə bilməyəcəyini” qeyd edərək sanki “alınıb, lakin açıqlanması uyğun deyil” görüntüsünü yaratmağa cəhd edib. İndi fərqli zamandır. Alıcı aldığını, satıcı isə satdığını ən geci ilin sonunda BMT-nin silah reyestri üçün öz imzası ilə təsdiqlədiyi hesabat vasitəsilə açıqlamaq məcburiyyətindədir. Hazırda Ermənistanın ciddi bir şey əldə etmədiyi sir deyil, ilin sonuna qədər də alınmazsa, reyestrin dərc edildiyi gün növbəti yazımın hədəfi sən və verdiyin vədlərin bu bəndi olacaq. Hələki zaman var, bir şeylər alına bilər.

5. Digər bir bənddə Paşinyan hərbi qulluqçuların sığortalanması üzrə “1000 dram” fondu tərəfindən 2008-2016-cı illər ərzində döyüş əməliyyatları nəticəsində həlak olan, yaxud 1-ci və 2-ci dərəcəli əlillik əldə etmiş hərbi qulluqçulara və onların ailələrinə də sığorta pulu verilməyə başlanmasını, bunun nəticəsində daha 339 ailənin 100-400 min dram (2000- 8000 dollar) kompensasiya alacağı xəbərini də verib.

Hər bir çalışan erməni vətəndaşının ödədiyi vəsaiti əlil və həlak olanlar arasında bölüşdürmək doğrudanmı böyük zəka və qabiliyyət tələb edir?

“1000” dram proqramının bir çoxları kimi, 2012-ci ildə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasında hərbi xidmət zamanı 1-ci qrup əlil olan hərbi qulluqçu Davit Hakobyana da faydası olmayıb. Nəticədə əlil əsgər 8 ildir ki, müalicə ala bilmədiyi üçün aprel ayının 6-da Ermənistan MN-in qarşısında aclıq aksiyasına başladı. Belə faktları çox sadalamaq olar.

“Əgər vətəndaşın ödədiyi “1000” dram toplanıb şəffaf şəkildə aidiyyatı üzrə paylanırsa, o zaman Ermənistan küçələrində bu yardımı almalı olan müharibə iştirakçıları niyə görə hər həftə etiraz nümayişi və ya aclıq aksiyası keçirilər?” sualını da Paşinyana verən tapılmayıb.

6. Hərbi qulluqçulara və həlak olan hərbçilərin ailələrinə 410 ədəd mənzilin mülkiyyət hüququ ilə ödənişsiz verilməsi dövlətin boynunun borcudur. Onlar dövlətin göstərişi ilə silahlanıb, ərazi işğal edib və özgə torpaqlarında layiq olduğu məkana ödənişsiz olaraq göndəriliblər. Onları ödənişsiz evlə təmin etmək də, bu əmri verənlərin vəzifə borcudur.

7. Paşinyan “hərbi qulluqçuların yüksək faizlə və qısamüddətli kreditlərini daha əlverişli şərtlərlə kreditlərlə əvəz etməyə imkanları”nın olduğunu açıqlayıb. Bu tezislərin bir neçə bəndi hərbi qulluqçuların mənzillə təmin edilməsinə, məvaciblərinin artırılmasına, pensiya təminatının yaxşılaşdırılmasına həsr edildiyi halda onların yüksək faizli kreditlərə və indi də daha əlverişli şərtləri olan kreditlərlə əvəz edilməsinə ümumiyyətlə tələbat yaranmamalı idi. Nəticə etibarı ilə tezisin özü təzadlardan ibarətdir.

8. Paşinyan “hərbçilərin təqaüdlərinin artırılmasına və mənzil ehtiyaclarının həll edilməsinə ehtiyat fonddan 5.7 mlrd dram vəsait ayrılması” barədə çıxışı ilə bu təbəqədən olan narazı kütləni sakitləşdirməyə çalışıb. Dollar ekvivalentində 11.9 milyona bərabər vəsaitlə Ermənistanda ehtiyatda olan zabit kontingentinin hər birinin təqaüdünü 20 dollar qaldırmaqla (5000 təqaüdçü x 20 $ x 12 = 12000000) ev məsələsini ertələmək, ya 120-150 nəfər hərbçinin evlə təmin edib təqaüd artımını unutmaq, yaxudda təqaüdü 10 dollar qaldırıb 60-70 zabitə ev vermək mümkündür. İstənilən variantda narazı qalacaq kütlə mövcud olacaq, daha doğrusu artıq mövcuddur.

9. Ön xəttdə döyüş növbətçiliyi həyata keçirən müddətli xidmət hərbi qulluqçuların (əsgər heyətinin) sayının 700-dək azaldılması və onların müqaviləli hərbi qulluqçularla əvəz edilməsi hərbi hissələrin çağrışçılarla təmin edilməsində yaranan çətinliklə əlaqədar atılan məcburi addımdır.

Ön xəttdə heç bir çağırışçı arxa hərbi hissələrə göndərilmir, sadəcə bəzi vakant vəzifələrin MAXE qulluqçularla komplektləşdirilməsi üçün ştat-vəzifə strukturunda dəyişiklik edilir, qəbul edilən yeni heyət bu vəzifələrdə xidmətə cəlb olunur. Əksər hallarda MAXE adlandırılan heyət öz kəndinin ərazisində xidmət edir. Bununla da hökumət gənc əhalinin ölkəni tərk etməsinin qarşısı almağa və əhalinin artımına nail olmağa çalışır.

10. Paşinyan hərbçilərin əmək haqqının 1 iyul tarixindən 20-30% artırılacağını vəd edir. Bu gün Ermənistanda hərbçilərin orta əmək haqqı rütbə, vəzifə, xidmət illəri və ərzaq kompensasiyası ilə birlikdə 400 dollara yaxındır, bu maaş komponentlərinin hər biri ayrı ayrılıqda artırılır.

Ermənistandakı yüksək qiymətləri nəzərə almasaq belə, belə bir hərbçi maaşı MDB məkanında ciddi rəqəm hesab edilmir. Vəd edilən artım hərbçilərin yalnız vəzifə maaşlarına şamil ediləcək, bu isə real olaraq 20-60 dollar artım deməkdir. Maaşları az olan təbəqəyə yüksək artım faizi, maaşı nisbətən yüksək olan təbəqəyə isə aşağı artım faizi tətbiq edilərək müxtəlif hərbçilər arasında yarana biləcək fərqi azaltmağa çalışacaqlar. Buna görə də artımın daha çox MAXE-ləri əhatə edəcəyini ehtimal etmək olar. Bu isə daha yüksək vəzifəli baş zabitlərin narazılığına səbəb olacaq. Bu addımların əsas səbəbi həm Ermənistan Ordusunda xidmətə daha çox mülki vətəndaş cəlb etməklə mövcud olan vakant vəzifələrinin sayının azaldılaraq komplektləşdirmə faizini yüksəltməyə, həm də ölkə əhalisinin xaricə miqrasiyasının qarşısını almağa nail olmaqdır.

11. Paşinyan Ermənistanın Suriyaya hərbi heyət göndərməsini də qeyd edib. ABŞ-da hazırlanan erməni mühəndis-istehkamçıların Rusiyanın qərarı ilə Suriyaya göndərilməsi Ağ Evdə müəyyən gərginliyə səbəb olsa da, sonradan vəziyyət nisbətən sakitləşdi. Bu ezamiyyət məhdud kontingentin döyüş təcrübəsi əldə etməsinə yönəlsə də, şəxsi heyətin itkilərdən sığortalanması mümkün deyil.

Böyük ehtimalla ermənilər Suriyada mina deyil, Ermənistana, xüsusuilə də Dağlıq Qarabağa bəlli güzəştlər qarşılığında (məsələn pulsuz ali təhsil, işğal altında olan ərazilərdə qeydiyyata düşənlərə və doğulan hər uşağa görə kompensasiya və s.) köç etməyə hazır olan suriyalı erməni və ərəbləri axtarmaqla məşğuldurlar.

12. Ermənistanla qondarma qurumun təhlükəsizlik şuralarının birgə iclası ilk dəfə Xankəndində Paşinyanın iştirakı ilə keçirildi. Qarabağımızın 27 illik işğal tarixində əvvəlki prezidentlərin heç birinin ağlına gəlməyənləri və onların düşünsələr də etmədiklərindən artığını Paşinyan münbit cəzasızlıq mühitində və nəticələrini düşünmədən aktiv həyata keçirir.

Bunlar isə Azərbaycan ictimaiyyətinə “Qarabağı, digər itirdiyiniz ərazilər kimi, birdəfəlik unudun” mesajını vermək, xalqda ruh düşkünlüyü yaratmaq üçün atılır. Bunun qarşısını almaq və əksini sübut etmək üçün ordumuzun 5-10 günlük aktiv əməliyyatlara keçməsi ciddi effekt verərdi. İnandığımdan da artıq əminəm ki, bu əməliyyat Paşinyanın da Sarkisyan kimi karyerasına son qoyaraq onu da sələfinin sağdışına çevirəcək.

13. Paşinyanın hesabatının maraqlı məqamlarından biri də “müddətli xidmət hərbi qulluqçuların tuman-köynəklə təmin edilməsi”ndən ibarət oldu. Sanki indiyə qədər erməni əsgəri tuman-köynəksiz qulluq edib. Hesabatı dinləyən jurnalist ordusundan heç kim erməni əsgərini tumansız qoyanların indiyədək niyə cəzalandırılmadığını soruşmayıblar. Siyasi rəqiblərini hakimiyyətə gələn kimi zərərsizləşdirməyə nail olan Nikolun ordunu tumansız qoyanlara qarşı eyni münasibəti göstərməməsi müəyyən səsləndirilməyən sualların yaranmasına da səbəb olur.

Paşinyan bəzən təkrarçılığa, bəzən də təzadlara yol verməklə, bəzən isə evlənmə və boşanma kimi təbii elementləri də, ardıcıllığı sferalar üzrə müəyyən edilməyən “müvəffəqiyyət” siyahısına əlavə etməklə tezislərinin sayını 100-ə çatdırdı. Hesabat səsləndirilsə də, sferalar üzrə maddələrin biri-biri ilə qarışması, hərbi, sosial, iqtisadi məsələrinin konturları arasında sərhəddin aydın olmaması, eyni fikirlərin müxtəlif bəndlərdə təkrar edilməsi və s. hesabat müəlliflərinin açıqladıqları tezislərin tətbiqi formalarını tam təsəvvür etmədiklərinə işarə edir.

Bu tezislərə nəzər saldığda məlum olur ki, Paşinyanın mətbuat xidməti nazirlik və birbaşa tabelikdə olan qurumlara son bir il ərzində görülən işlərə dair məruzə tələb edib. Qəbul edilən məruzələr sferalar üzrə - siyasi, hərbi, iqtisadi və s. üzrə sinifləndirilmədən ümumiləşdirilib və çap edilərək səsləndirilməsi üçün Paşinyana təqdim edilib. Ərzaq səbəti, içməli su və onun qiyməti, tibbi personalın əmək haqları kimi məsələlərin hərbi məsələlərə aid eyni bəndə yerləşdirilməsi, sual yarada biləcək təzadlı məsələlərin “yonulmadan” saxlanılması Paşinyan komandasının qeyri-peşəkarlığının göstəricisidir.

Paşinyanın tezislərində erməni ictimaiyyətinə mövcud və maraqlı olan bir sıra problemlərə münasibət bildirilmədi. Bunlara aşağıdakılar daxil oluna bilər:

1. Yalnız keçən il ərzində 3 erməni pilotunu məhv edən Rusiyanın “Su” qırıcısına üstünlük verilməsinın səbəbləri açıqlanmadı.

2. Paşinyan nə qədər hərbçinin ev aldığı barədə məlumat versə də, bu hüquqa malik olanların, növbədə gözləmənin orta müddəti, ev alan insanlar arasında növbə ardıcıllığının neçə formalaşmasına və növbə siyahısının dərc edilməsinə aid faktlara və rəqəmlərə toxunmadı.

3. Orduda baş verən cinsi təcavüz hallarını yaradan səbəblərə və onların aradan qaldırılması yolları göstərilmədi.

4. Davamlı olaraq Ermənistandakı yüksəlişdən bəhs edən Paşinyan 2018-ci illə müqayisədə ölkəyə yatırılan sərmayənin 7 milyard dollar azalmasına, iş yerlərinin, o cümlədən atom fiziklərinin ixtisarına toxunmadı.

5. Bu ildən əsgərə tuman veriməsi kimi məsələlərə toxunulsa da HSK kimi strateji sahəyə toxunulmur. Növbəti mərhələdə hansı məhsulların kopyalanması və ya istehsalı barədə istiqamətlər təyin edilmir və bu kompleksdə görülən yeni işlər barədə məlumat verilmir.

6. Ermənistanın Baş Prokurorluğunun cinayətkarlığın 2017-ci il ilə müqayisədə 2018-ci ildə korrupsiya üzrə cinayət işlərinin sayının 3.6 dəfə, ümumilikdə cinayət hadisələrinin isə 56.9 % faiz artmasına, dövlətə dəyən ziyanın 2 milyard dramı keçməsinə, korrupsiya faktlarına görə Müdafiə Nazirliyinin əməkdaşlarının 131 faktla ən yaxın izləyicisini 2 dəfə geridə qoymasına münasibət bildirilməyib.

7. Paşinyan ölkənin nə siyasi-hərbi-iqtisadi azadlıq, nə təhlükəsizlik, nə də xarici siyasət məsələlərinə toxunmayıb.

8. Hərbi xidmətdən azadolma və ya daha uyğun yerdə hərbi xidmət keçmək üçün 2500-8000 dollar tələb edilməsinə aid prosesdə, rüşvət alanın deyil, onu təklif edənlərin məhkəməyə cəlb edilməsinə də münasibət bildirilməyib.

9. Ermənistan polislərin də ön xəttdə xidmətə cəlb edilməsini nailiyyət kimi qeyd edən Paşinyan 100 bənddən ibarət tezislərində sərhəd qoşunlarına yer ayırmayıb və bu barədə bir kəlmə də söz işlətməyib. Azərbaycan-Ermənistan sərhəddini erməni ordusu və polisi, digər sərhədlərini isə Rusiya qorusa da, heç kim sərhəd qoşunlarının nə işlə məşğul olduğunu soruşmur.

10. Davamlı plaraq təzyiqlərə məruz qalan yezidi kürdlərinin problemlərinə bu tezislərdə qətiyyən toxunulmadı, deməli əvvəlki ölkə rəhbərlərinin zamanında olduğu kimi, bu problemlər yenə də kölgədə qalacaq.

Qeyd edək ki, Ermənistanda maliyyə qaynaqlarının məhdud olması nəzərdə tutulan proqramların tam həyata keçirilməsinə imkan verməyəcək. Buna görə də Ermənistan hökumətinin vəd etdiyi “inqilabi yenilikləri” həyata keçirmək üçün ən azı 10 rəqəmli məbləğin ən kiçiyinə ehtiyacı yaranacaq. Odur ki, önümüzdəki aylarda erməni rəsmilərin Qərb və ərəb dünyasında maliyyə axtarışında olacağı şübhəsizdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Paşinyan   Hesabat  

Paşinyanın 13 bəndlik "hərbi tezisi"nə CAVAB (HƏRBİ EKSPERT)

2019/05/234-1557837999.jpg
Oxunub: 1213     17:01     14 May 2019    