Andranikin qulağıyla kar olan dünya

2019/05/40325-1557744705.jpg
Oxunub: 1203     15:50     13 May 2019    
Ramazan ayı. Bizim möminliyimiz daha möhkəmdir. 27 ildir Qarabağ orucuyuq. Bilmirəm iştahımız yoxdur, yoxsa nəfsimizə çox sahib çıxırıq deyə Qarabağ iftarına otura bilmirik.

8 may Şuşasıyla, 17 may Laçını arasında azmaq da ayrı dərddir.

Ya da bir məktəblinin sarkazmla ifadə etdiyi “hər il 8 mayda ermənilərin Şuşanı tutacaqlarını bilirik - bəs niyə qabaqlarını almırıq?” sualı qarşısında əzilmək də var taleyimizdə...

Çox vaxt işğal günlərində rast gəlirəm, xatırlayanlar daha çox Qarabağdakı səfalı meşələrdən, bulaqlardan, yeyib-içmək məclislərindən bəhs edirlər.

Əlbəttə, Qarabağ dünyanın şəfalı yerlərindəndir. Bəs biz onu bu səfasına görəmi sevməliyik?

Əgər o torpaqların yerində şoran, hər hansı təsərrüfata yaramayan ərazilər olsaydı, unutmalıydıqmı? Vətən axı qum dənəcikləri ilə də, daşıyla da əzizdir, müqəddəsdir.

Heç nə yox, böyük türk sərkərdəsi Metenin bu məsələ ilə bağlı kiçik olayını xatırlatmaq torpağın hansı anlama gəldiyini göstərər.

“Hun İmperatorluğuna Mete xanın yiyələnməsini həzm edə bilməyən Çin onun güclənməsinə imkan verməmək üçün hunların üzərinə hücum üçün bəhanə axtarırdı. Belə bir bəhanə isə ələ düşmürdü. Ona görə də Mete xanın üzərinə hücum etmək üçün Çin müxtəlif planlar hazırladı. Çin hökmdarı Hun sarayına elçisini göndərərək, onun ən sevimli atını istədi. Daima ölkədaxili problemləri demokratik yolla həll etməyə adət edən Hun sarayında bununla bağlı böyük bir qurultay keçirildi.

Mete xan sarayın başbilənlərinə Çin hökmdarının istəyini çatdırır. Saraydakılar atın verilməsinin əleyhinə çıxırlar. Lakin Mete xan: “At mənimdir, mən onu verəcəyəm”, - deyir və sevimli atını Çin hökmdarına göndərir. Mete xanın bu hərəkəti qorxaqlıq kimi qiymətləndirilir və bu dəfə Çin hökmdarı vaxtilə Hun sarayına göndərilən şahzadə xanımın verilməsini tələb edir. Mete xan bu dəfə də qurultay çağıraraq məsələni onlara danışır. Bu dəfə də qurultay iştirakçıları Çinin təklifinə rədd cavabı verirlər. Amma Mete xan bu məsələnin də onun özünə aidiyyəti olduğunu bildirərək, şahzadə xanımın verilməsi barədə qərar qəbul edir. Çin sarayında isə Mete xanın bu hərəkətlərindən heyrət içində idilər. Hun İmperatorluğunun ən cəsur bir sərkərdəsi hesab edilən Mete xan bir-birinin ardınca onlara güzəştə gedirdi. Bu da Çin hökmdarında Hun torpaqlarını işğal etmək iştahı əmələ gətirdi.

Bu dəfə Hun sarayına göndərilən elçi Çinlə sərhəddə yerləşən daşlıq və qayalıqdan ibarət olan ot bitməyən bir ərazinin verilməsini xahiş etdi. Yenə də Mete xan qurultay topladı və onların məsələ ilə bağlı fikirlərini soruşdu. Qurultay iştirakçıları: “Ey hökmdar, o torpağı ver getsin, onsuz da orada heç ot da bitmir” - dedilər. Mete xan isə bunun qeyri-mümkün olduğunu bildirdi. Belə olduğu halda, qurultay iştirakçıları ona dedilər: “Axı sənin ən sevimli atını istədilər verdin, ən sevimli çinli şahzadəni istədilər, verdin. Bəs indi bir parça ot bitməyən daşlıq və qayalığın verilməsinə niyə razı olmursan?”.

Mete xanın onlara cavabı isə çox ibrətamiz oldu: “Atımı istədilər, verdim, çünki mənə məxsus idi. Şahzadəni istədilər, verdim. Çünki onun üzərində mən hökmran idim. Amma torpaq millətindir və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərin bircə cavabı var: onlarla savaşa girmək. Ona görə də mən əmrimi verirəm: hazırlaşın, düşmən üzərinə gedirik!”.

Qondarma “Erməni soyqırımları” ilə baş qatan dünyanın bu fəaliyyətinin heç də erməni sevgisindən də olduğunu düşünmürəm. Bu canfəşanlıq türk və müsəlmana olan nifrətdəndir.

Nə 1918-ci illərdə on minlərlə müsəlmanın qətliamı, nə də Qarabağdakı son faciələr önəmli deyil onlara.

Keçmiş Yuqoslaviyada baş verənlər haqqını müəyyən dərəcədə tapdı. Günahkarlar cəzalandırıldı. Buna qısqanclıqla yanaşmıram. Ədalətin bərpasıdır, amma qərbin Yuqoslaviya rəhbərliyinə qarşı qıcığı olmasaydı, əmin olun, o hadisələr də sadəcə statistikadan başqa bir şey olmayacaqdı.

İndi nə etməli? Gözləməliyik ki, qərb nə zaman erməni siyasətçilərini, rəhbərlərini, o hadisələrin günahkarlarını şantaj etmək istəyəcək?

BMT-nin nə bilim qətnamələri varmış işğal olunmuş rayonlarla bağlı...

Amma Andranikin qulağıyla kar olan dünya öz dediklərini belə eşidə bilmir. Bərkdənmi qışqıraq?

Jestika diliylə onlara başa salmağımız isə gecdir. Çünki onda da gözlərini yumacaqlar.

Bəlkə bu Ramazanda orucumuzu pozaq? Qarabağ orucumuzu. Əminəm ki, Allah da bağışlayar bizi...

Emin Piri
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Müharibə  

Andranikin qulağıyla kar olan dünya

2019/05/40325-1557744705.jpg
Oxunub: 1204     15:50     13 May 2019    