“Rusiya Ermənistanı qırıcılarla təchiz etməyəcək”

2019/05/24378-1557732595.jpg
Oxunub: 6612     14:01     13 May 2019    
“Ermənistanın qırıcılarla təmin edilməsi barədə məlumat mənə məlum olan mənbələrin heç birində təsdiqlənməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev İrəvan yaxınlığında yerləşən “Erebuni” hava limanı ərazisindəki rus hərbi bazasının Su-30 qırıcıları ilə silahlanması məsələsinə toxunarkən deyib.

Perenciyev bildirib ki, söhbət almaqdan yox, Ermənistandakı rus hərbi bazasının silahlanmasından gedir.

“Hazırda Ermənistana qırıcılar satılması barədə söhbət getmir. Bu məlumatın hardan, necə yayılmasından xəbərim yoxdur. Lakin indiki məqamda söhbət Ermənistana Su-30 qırıcılarının tədarükü deyil, Ermənistandakı rus hərbi bazasının təchiz edilməsindən gedir.

Ermənistan Müdafiə nazirinin açıqlamaları ilə tanışam. Nazirin arzu və istəkləri reallıqdır. Ermənistanda hamı nazirə inanır, hamı ona istinad edir, ancaq Rusiyada olan bir şəxs kimi bilirəm ki, hazırda deyilənlər sadəcə sözlərdir və reallığı əks etdirmir. Bu deyilənləri Türkiyənin Rusiyadan Su-57 qırıcıları almağa hazırlaşdığına dair verilən bəyanatlara bənzədirəm.

Lakin reallıqda heç kim nə Ermənistan, nə Türkiyəni nə də bir başqasını qırıcılarla təchiz etməyə hazırlaşmır”, - deyə o yayılan məlumatları yalanlayıb.

Qeyd edək ki, TASS agentliyi “Erebuni“ rus hərbi aviasiya bazasında hazırda 18 ədəd MiQ-29 qırıcılarının eyni sayda Su-30-larla əvəz edilməsi barədə qeyri-rəsmi məlumatı Ermənistan Müdafiə Nazirliyinin qeyd edilən məlumatı təsdiqləməsindən 2 ay sonra yayıb.

Perenciyev, TASS agentliyinin yaydığı məlumatın az ya çox inandırıcı ola biləcəyini qeyd etməklə yanaşı, Ermənistana qırıcı tədarük edilməsi barədə məlumatı təsdiqləyə bilməyəcəyini bildirib.

“Ermənistanın qırıcılarla təmin edilməsi barədə məlumat mənə məlum olan mənbələrin heç birində təsdiqlənməyib. Həqiqətdə nə Ermənistana, nə də Azərbaycana təyyarə tədarük edilməməsinə dair qərar qəbul olunduğundan xəbərdaram. Bunun qadağan edildiyini deyə bilmərəm. Lakin ən azı dondurulmuş olmasından xəbərim var. Ermənistan KTMT üzrə Rusiyanın müttəfiqi olduğuna görə, Ermənistan istənilən HHM sistemi ilə təmin edilə bilər. Burda heç bir problem yoxdur. Lakin Rusiya zərbə, hücum xarakterli silah növlərini nə Azərbaycana, nə də Ermənistana tədarük etməyəcək. Bu hərbi-siyasi yanaşmadır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Rusiya Ermənistanı qırıcılarla təchiz etməyəcək”

2019/05/24378-1557732595.jpg
Oxunub: 6613     14:01     13 May 2019    