“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.
Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
HHQ
Azərbaycan
Təlim