Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar Ermənistan Müdafiə Nazirliyi ilə daim böyük müqavilələr imzlayan və illərdir ordunun təminatı ilə məşğul olan “Elit Kapital” şirkətinə qarşı şikayətlərlə müxtəlif dövlət qurumlarına müraciət etdiklərini qeyd edirlər.

Sakinlərdən biri “Haykakan Jamank” qəzetinə bildirib ki, qeyd edilən tikili qanunsuzdur, keçmişdə hamam olub və beş il əvvəl bu şirkətə satıldıqdan sonra buranı zavoda çeviriblər. Sakinlər bildirir ki, xüsusilə zavodun boruları narahatlıq törədir. Əvvəllər onun qazanxanası içəridə olsa da, sonradan çölə çıxarılıb. Köhnə borulardan axan sular bütün evlərə və iş yerlərinə dolur.
Bildirlib ki, 2018-ci il dekabrın 1-dən zavod fəaliyyət göstərmir, müvəqqəti iş dayandırılıb. Ərazidə yalnız qazanxana işçisini görmək mümkün olub. Qazanxanada işləyən zavod işçisi olsa da, martın 1-dən yenidən işə salınacaq zavodun çirkli sularından yaxa qurtarmaq üçün sakinlərlə bərabər olduğunu qeyd edib.

Yerli sakinlərdən Sarkis Safaryan qeyd edir ki, bu zavodu generallar himayə etsə də, kim olduqlarını görməyib. “Elit Kapital” MMC, o cümlədən “Avanqard”, “Elit Prod” və “Elit Kapital” MMC-lərin Ermənistanın keçmiş Baş prokuroru Qevork Kostancyan və onun qohumları ilə bağlı olduğu qeyd edilir. “Elit Kapital” dəfələrlə ictimai təşkilatlar tərəfindən korrupsiyada ittiham olunub.
Ermənistan Müdafiə Nazirliyi ilə müqavilələrin böyük əksəriyyəti “Elit Kapital” şirkətinin payına düşür. Mətbuatın yaydığı məlumata əsasən, Ermənistan MN-in satınalmalarının 40%-dən çoxu “Fleş”, “Elit Kapital”, “Avanqard” və “Arp Aniv” MMC-ləri arasında bölünür. Bu şirkətlər 2015-ci ildən bəri müsabiqələrdə qalib gəlir.

Alpər Mövludoğlu
Ordu.az