"Hərbçi bu məbləği ala bilmirsə, bu daha çox mənəvi ədalətsizlikdir" - Baqratyan

2019/02/45645-1550487862.jpg
Oxunub: 30543     14:51     18 Fevral 2019    
"Cəmiyyətimizin müavinətlər hesabına yaşamağa üstünlük verəcəyini düşünmürəm. Vətəndaşların əksəriyyəti sosial ədalətsizlikdən şikayətlənir. Təminatı olan insanların təminatsız insanların proqramlarına daxil olacağı tendensiyasını dayandırmaq lazımdır. Eyni şəkildə, mükafatlar verilən şəraitdə də bu vəziyyət belə böyük həcmdə verilə bilməzdi. Katibə 2 milyon alırsa, müqaviləli hərbi qulluqçu bu məbləği ala bilmirsə, bu daha çox mənəvi ədalətsizlikdir".

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" partiyasının üzvü Sergey Baqratyan "Şant" televiziya kanalında yayımlanan "Herankar" (Perspektiv) verilişində deyib.

O qeyd edib ki, dövlət qulluqçusunun mükafat ala bilməyəcəyini düşünmür, lakin burada etik məsələ var.

İcmaların (kəndlərin) birləşdirilməsi məsələsinə toxunarkən Sergey Baqratyan bildirib ki, müəyyən risklər nəzərə alınmadan elementar böyüdülmə həyata keçirilib: "Bundan sonra razılaşdırılmadan hər hansı biləşdirilmə həyata keçirilməməlidir. Mən ərazisində baş tutan biznes layihələrində icmanın iştirak etməsinə imkan verən qanun layihəsi ilə çıxış edəcəm".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz   Paşinyan  


Bizi "telegram"da izləyin