Baba və nəvə: Paşinyanın əsas məsləhətçisi Ter-Petrosyandır

2019/02/87-1550309581.jpg
Oxunub: 26751     13:32     16 Fevral 2019    
Paşinyanın simasında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan siyasətə qayıtması barədə son zamanlar çox danışılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu şayiələr “levonçular”dan olan Tiqran Hakobyan və Vladimir Karapetyan vəzifəyə təyin edildikdən sonra daha çox fəallaşıb.

Məlumata görə, hakimiyyətə yaxın mənbələrdən bildirilib ki, bu şayiələrdə həqiqəti əks etdirən elemenlər var. Məsələ burasındadır ki, xüsusilə xarici siyasət sahəsində Paşinyanın əsas məsləhətçisi Ter-Petrosyandır.

Əldə edilən məlumata əsasən, Paşinyan gün ərzində konkret təyin edilmiş saatda “Baba” ilə telefon danışığı ilə məsləhətləşmələr aparır. Gəzən şayiələrə görə, məhz Levon Ter-Petrosyan hələ iyun ayında siyasi sahədə fəallaşmasının qarşısını almaq məqsədilə Robert Köçəryanı oyundan tez çıxarmaq istəyib.

Yeri gəlmişkən, birinci erməni prezidenti son zamanlarda kulislərdə kifayət qədər fəal görüşlər keçirir. Məsələn, ötən gün Ter-Petrosyan İtaliyanın Ermənistandakı səfirinin təşəbbüsü ilə onunla görüş keçirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Petrosyan  


Bizi "telegram"da izləyin