Siyasi dəyişikliklərə qədər, köhnə Ermənistan hakimiyyəti Rusiya-Qərb ziddiyyətləri arasında çətin olsa da, “üzməyi» və ikitərəfli blokada vəziyyətində olan ölkə üçün ziyanın dərəcəsindən asılı olmayaraq, heç olmasa dəf edilə bilən olmasını, geosiyasi balansın təmin edilməsini saxlamağı bacarırdı.
Təbii ki, Ermənistan, KTMT üzvü və AİƏT-in üzvü kimi, post-Sovet ölkələri arasında açıq-aşkar göründüyü kimi, əksər hallarda rus tərəfinə uyğun olan orbitdə hərəkət edən ölkələrdəndir. Lakin bir tərəfdən Ermənistan-Avropa İttifaqı razılaşması, xüsusilə də ABŞ-Ermənistan əlaqələrində keçmiş hakimiyyətin maraqlarının artması bu geosiyasi qarşılıqlı balansları tarazlaşdırmaq və manevr imkanlarını artırmaq cəhdi idi.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra elan edildi ki, xarici siyasət dəyişikliyə məruz qalmayacaq. Bu zaman bərabərhüquqlu münasibətlərə dair işarəetmələr olsa da, sonrakı baş verən vəziyyət Moskvada narahatlığa səbəb oldu və bu politoloqlar, ekspert dairələri tərəfindən yeni Ermənistan hakimiyyətinə qarşı vaxtaşırı təşkil edilən yürüşlərlə mətbuatda da hiss edildi. Bir an Rusiya mətbuatı Ermənistanın Qərbyönümlü siyasət seçdiyni də vurğulayıb. Kreml isə bəzən birbaşa, bəzən bilavasitə yolla İrəvan-Moskva münasibətlərinin əvvəlki kimi olmadığına işarə edirdi.
Bu şəraitdə Ermənistan hakimiyyəti proseslərin mümkün qeyri-qənaətbəxş inkişafından yayınmaq üçün güzəştə getməli oldu. Özləri də yaxşı başa düşürdülər ki, bu çatışmazlığın doldurulması üçün atılan addımlar Rusiyanın lehinə və Qərbin əleyhinə olan nəticələr verəcək.
Nəticədə xüsusən ABŞ-la münasibətdə qara buludların meydana gəlməsi baş verdi. ABŞ prezidentinin milli təhlkəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Qafqaz səfərindən əvvəl bəyan etmişdi ki, əsas prioritet Rusiya, İran, Suriya və Türkiyə kimi ölkələrdir. Boltonun İrəvan səfərindən çox detallar məlum olmasa da, müəyyən məqamlar, məsələn, İranla sərhədin bağlı, yaxud açıq olması detallarınadək, həmçinin hərbi təyinatlı məhsulların tədarükü baxımından çoxşaxəliliyin təmin edilməsi ilə Rusiyanın təsirindən Ermənistanı çıxartmaq məsələləri ətrafında müzakirələr aparıldığına dəlalət edir.
Eyni zamanda, Paşinyanın seçkilərdən sonra Qarabağ məsələsində bir təşəbbüskarlıq edəcəyi tezisi də ortaya atıldı. Bu isə Paşinyanın seçkiqabağı lehinə etimadın bir az daha gücləndirilməsinə səbəb oldu.
Bütün bunların praktiki təzahürü də baş verdi. “Hraparak” qəzeti “Regnum” agentliyinə əsasən məlumat verirdi ki, Boltonun səfərindən sonra İsveç Ermənistana lizinq yolu ilə yarım milyard avro çərçivəsində qırıcı təyyarələr təklif edib. Lakin bir neçə gün əvvəl məlum oldu ki, Rusiya Ermənistana 4 ədəd müasir Su qırıcıları satır. Bu isveçlilərin təklif etdiyi qiymətdən təqribən 5 dəfə ucuz və kredit şərtləri ilə edilən təklifdir. Bununla da İsveçi mədəni şəkildə yola salmış oldular.
Artıq Rusiyanın xahişi ilə Suriyaya hərbi heyət göndərilməsi, Ermənistan-ABŞ münasibətlərində etimadsızlığı daha da dərinləşdirən addım oldu. Bu münasibətlərə zərbə hesab oluna biləcək, növbəti, 3-cü addım isə demək olar ki, ABŞ-ın hər həftə yeni bir sanksiya tətbiq etdiyi İrana Paşinyanın bu yaxınlarda gözlənilən səfəridir.
Ermənistan-Amerika münasibətlərindəki bu vəziyyətin İrəvan üçün ağır nəticələri ola bilər
Nəhayət, Bolton Azərbaycana silah satışına dair 904-cu düzəlişin ləğv edilə biləcəyinə işarə edib. Bu qədər baş verənlərdən sonra Birləşmiş Ştatlar heç olmasa rəsmi olaraq hələki əks addımlar atmayıb.
Məsələn əgər Tramp qadağadan yan keçərək Azərbaycana silah satışına qərar versə, bu zaman Ermənistanın əks-təsir etməsi üçün aləti olmayacaq. Ona görə ki, ən azı Lukaşenkonun məhşur “ən çox Bakıya silah satan Rusiyadır, Putinə narazılıq et, dilini niyə bir yerinə soxmusan?” ifadəsi səslənəcək. Digər tərəfdən əgər Ermənistana da silah təklif edilsə belə, çətin ki, Rusiyanın təzyiqi altında onu almaq olsun. Belə çıxır ki, uzaq görməməzliyi İrəvanı kifayət qədər dərin geosiyasi böhrana düşüb.
Alpər Mövludoğlu
Ordu.az