“Təkər fırlanır”: Qara geyimli erməni əsgər anaları sistemli dəyişikliklər gözləyirlər

2019/02/14973-1550298966.jpg
Oxunub: 31056     11:34     16 Fevral 2019    
Sülh dövründə ölən erməni əsgərlərinin valideynləri illərdir övladlarının ölüm səbəblərinin əsl məqamlarının üstünün açılacağını gözləyirlər. Uzun illərin mübarizəsi nəticəsində artıq onlar, vəkil, müstəntiq, hüquq müdafiəçisinə çevriliblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu illər ərzində Ermənistanın bütün Müdafiə nazirləri, prokurorları, demək olar ki, bütün müstəntiqləri, prezidentləri və Baş nazirləri ilə görüşlər keçiriblər.

Bu şəxslər onları dinləyib və ya dinləyərək sakitləşdirib, vədlər verib, daha sonra isə bir qayda olaraq unudublar.

Çevrilişdən bir neçə ay sonra övladlarını itirən erməni analar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüblər. O, bu zaman bütün cinayət işlərini diqqət mərkəzində saxlayacağına dair vəd verib. Valideynlərin fikrincə əslində cinayət işlərinin yenidən açılması şərti məzmun daşıyır.

Həmin cinayət işlərini yenə də illərdir bu cinayətlərin əsl məqamlarının açılmamasına səy göstərən həmin müstəntiqlər araşdırır. Bir sözlə “təkər fırlanmaqda” davam edir. Ölən erməni əsgərlərinin valideynləri hesab edir ki, Ermənistan Müdafiə Nazirliyində, istintaq orqanında və hüquq mühafizə sahəsində sistemli struktur dəyişiklikləri aparılmalıdır.

Epress.am xəbər portalının ofisində 2007-ci ildə Vardenisdəki hərbi hissələrdən birində hələlik məlum olmayan şəraitdə ölən Tiqran Ohancanyanın anası Qohar Sarkisyan və 2010-cu ildə işğal altında olan Hadrutda öldürülmüş Artur Qazaryanın anası İrina Qazaryanla söhbət aparıldığı qeyd edilir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Etitraz   Əsgər-anaları  


Bizi "telegram"da izləyin