Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə aclıq aksiyası keçirən kinorejissor Hovhanes Qalstyan məlumat yayıb.
Məlumata görə, bu gün, aclıq aksiyasının 13 günü, yəni fevral ayının 15-də səhər saat 10:00 radələrində erməni döyüşçü, 3-cü qrup əlil 7 uşaq atası Mher Mazmanyan açlıq aksiyasına başlayıb.
O, İrəvandakı Matenadaran kitabxanasının qarşısında aclıq aksiyası keçirən kinorejissor Hovhanes Qalstyana dəstək olaraq qoşulub.
Alpər Mövludoğlu
Ordu.az