Ordu.az xəbər verir ki, o, bu müraciət zamanı əmrin Ermənistan prezidentinə məruzə edilib-edilmədiyindən də danışıb.
““0038 saylı əmr, digər 0037, 0036 və ya 0051 saylı əmrlər kimi idarə daxili aiddiyyatı olan təbii proseslər çərçivəsində verilən əmrdir. 0038 saylı əmri radikal bir yanaşma və mart faciəsinin əsasında dəyərləndirmək obyektiv deyil”, - deyə Ohanyan bildirib.
Əmrin, həqiqətən də Sarkisyana məruzə edilməsi ilə bağlı suala toxunan Ohanyan bildirib ki, prezident 0038 saylı əmr barədə məlumatsız ola bilməzdi.
“Müdafiə nazirinin 0038 saylı əmrin detalları barədə məlumat vermədiyinə dair razıyam. Lakin əksinə mövcud olan təhdidlər “Sizin əmrinizə uyğun olaraq neytrallaşdırıldı” deyə məlumatlandırıb. Bu reallıq şəraitində gündəlik qaydada Müdafiə naziri, Baş Qərargah rəisi, kəşfiyyat idarəsinin rəisi Ali Baş komandanı məlumatlandırırdılar elə deyilmi? Tabeçilik baxımdan yalnız Müdafiə nazirinin prezidentlə əlaqəsi vardı”, - deyə o əlavə edib.
O, qeyd edib ki, həmin dövrdə müdafiə naziri olan Mikayel Harutyunyanın 0038 saylı əmrində xalqa qarşı yönəlmiş heç bir addım yoxdur. O əlavə edib ki, hazırda axtarışda olan Mikayel Harutyunyan qaçmır, sadəcə o, anılan cinayət işinə inanmır.
Seyran Ohanyan özünə qarşı da irəli sürülən ittihamı qəbul etmir. O bəyan edib ki, həmin mətnin məzmunundan zərərçəkən olmayıb. Hüquqi bir prosesdən “zibil tapmaq” prosesinə çevrilməsi yolverilməzdir.
Onun sözlərinə görə, bu primitiv sadə bir şeydir və bu məsələ sonda dərilərin ittiham edildiyi, “Əbu Həsənin dəriləri” nağılını xatırladır.
Ohanyan mətnin məzmunu ilə bağlı ittiham edilənlərə gəldikdə isə hər hansı təhdid ifadə etmədiyini qeyd edib. O bildirib ki, mətn tərtib edilərkən, hüquqşünaslar və mütəxəssislər cəlb edilib.
Sabiq erməni nazir, Ermənistanın ikinci prezidentinə qarşı davranış tərzini, onun həbsdə saxlanmasını açıq aydın səhv addım hesab edir.
Xatırladaq ki, 2008-ci ildə Seyran Ohanyan Ermənistan silahlı qüvvələrinin qərargah rəisi olub. Hazırda “1 Mart” hadisələri ilə bağlı ona konstitusiya quruluşunu dəyişməyə görə ittiham irəli sürülür.
Alpər Mövludoğlu
Ordu.az