Ordu.az xəbər verir ki, Ağdərə ərazisində xidmət edən düşmən ordusunun əsgəri Sos Mekumyan, zabitin şəxsi həyətində işləyərkən ağacdan yıxılıb.
Ağacların quru budaqlarını kəsməklə məşğul olan, 1995-ci il təvəllüdlü hərbi qulluqçu çoxlu sayda sınıqlarla xəstəxanaya aparılıb.
Bölmə növbətçisi Barxudaryanın bildirdiyinə görə, komandir əsgərin xəsarət almasını hüquq mühafizə orqanlarından gizlətmək məqsədilə onun müalicəsini öz evində davam etdirir.
Alpər Mövludoğlu
Ordu.az