Daha bir erməni hərbi qulluqçu etiraz edir: “Məni əlil arabasına saldılar”

2019/02/83146-1550218248.jpg
Oxunub: 7043     12:06     15 Fevral 2019    
Davit Hakobyan 2012-ci ildə Ermənistan sülhməramlı briqadasında xidmət etdiyi dövrdə qarnında kəskin ağrılar baş verib və “Muratsan” hərbi hospitalına təxliyyə edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Hakobyan hospitalda əməliyyat olunsa da, cərrahiyyə əməliyatı uğursuz keçirilib.

Birinci uğursuz əməliyyatdan bir neçə saat sonra ikinci uğursuz əməliyyat da aparılıb və nəticədə Hakobyan komaya düşüb. Komadan ayıldıqdan sonra Hakobyan hətta valideynlərini belə tanıya bilməyib.

Artıq 1 ildir ki, Hakobyan əlil arabasındadır, sağ tərəfli halsızlıq, zəiflik davam etməkdədir. O bildirir ki, hər cərrahiyyə əməliyyatı səhv və yersiz aparılıb. Bu günədək cərrahiyyə əməliyyatlarına nəyin səbəb olduğunu dərk etmədiyini qeyd edir.

“Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyanın dövründə xahiş ediblər ki, həkimə qarşı şikayət etməyim və bunun əvəzində müalicənin davam etdirilməsi üçün Almaniyaya göndəriləcəyinə dair vəd verdilər. Lakin bu günədək müxtəlif səbəblərə əsaslanaraq hər dəfə verilən vədlər təxirə salınır. Ohanyandan sonra nazir Viqen Sarkisyana da müraciət edildi, lakin yenə nəticə olmadı”, - deyə o şikayətlənib.

Ermənistan Müdafiə Nazirliyinin verdiyi vədləri yerinə yetirmədiyinə görə diqqəti probleminin həllinə yönəldilməsi məqsədilə 2015-ci ildə Nazirlikdə “bomba var” deyə zəng edib və buna görə də 1,5 il həbsə alınıb.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesab edir ki, bu cür ağır bir addımı atmaq yanlış hərəkətdir. Erməni hüquq müdafiəçisinin sözlərinə görə, problemi qabartmaq üçün belə yalan zəngə yox, məhkəmələrə müraciət edərək, problemin həllinə nail olmaq lazımdır.

“İnsan hüquqları naminə jurnalistlər” ictimai təşkilat rəhbəri Janna Aleksanyan da hesab edir ki, xidmət zamanı baş verdiyinə görə Ermənistan Müdafiə Nazirliyi Hakobyanın müalicəsini həyata keçirməyə borcludur. Belə çıxır ki, faktiki olaraq dövlət vətəndaşı əlil edib və müalicəsini aparmaqdan imtina edir.

Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan bildirib ki, heç bir açıqlama verə bilməz, çünki qeyd olunan məsələ hüquqi yanaşma tələb edir.

Davit Hakobyan qeyd edir ki, nazirlik tərəfindən edilən maddi yardım müalicənin aparılması üçün kifayət etməyib.

Davit Hakobyan bütün orqanlara müraciət etdiyini lakin probleminin həll edilmədiyini, müalicəsinin aparılmadığını qeyd edir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin