Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hərbi müfəttişi Movses Hakobyan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Xüsusi İstintaq Xidmətində dindirilib.
Cinayət işi materiallarına görə, işğal altında olan Qarabağda formalaşdırılan qondarma qurumdan İrəvana gətirilən mülki və hərbi şəxslər "1 Mart" hadisələrində aktiv iştirak ediblər.
Qeyd edək ki, Hakobyan 2008-ci ildə qondarma qurumun "müdafiə naziri" vəzifəsində işləyirdi.
Alpər Mövludoğlu
Ordu.az