Ordu.az TASS-a istinadən xəbər verir ki, bu gündən etibarən start götürəcək konfransda rekord sayda iştirakçının qatılması gözlənilir.
Təşkilatçılar bildirir ki, iştirakçılar arasında dünyanın müxtəlif yerlərindən olan 600-ə qədər siyasi ekspert, biznesmen və insan hüquqları aktivistinin debatlara qoşulacağı ehtimal edilir. Eyni zamanda 35 dövlət və hökumət, 50 Xarici İşlər və 30 Müdafiə nazirinin olacağı da göstərilib.
Qeyd edək ki, konfrans bu gün Almaniya Müdafiə naziri Ursula von der Leyen və onun britaniyalı həmkarı Qavin Uilyamson tərəfindən saat 17:00-da açıq elan ediləcək.
Ağalar Ağalarlı
Ordu.az