Ölən erməni hərbi qulluqçunun ailəsi Tonoyana etiraz edir: “Bu təhqirdir”

2019/02/51847-1550152154.jpg
Oxunub: 25774     20:47     14 Fevral 2019    
Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçuların ölüm hallarını gizlətməyə çalışmadıqları barədə ictimaiyyəti inandırmağa çalışdığı bir məqamda, yeni il gecəsi ölən 26 yaşlı hərbi qulluqçu Edqar Qriqoryanın dul qalmış arvadı, 26 yaşlı Araksya Karapetyan Ermənistan Müdafiə Nazirliyinin açıqlamalarını qəzəblə izlədiyini qeyd edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qadın həyat yoldaşının ölümü barədə Ermənistan Müdafiə Nazirliyinin məlumat yaymadığını görüncə, İrəvanda yaşayan xalasından xahiş edib ki, nazirliyə gedərək, hər hansı məmurdan niyə ərinin ölümü barədə mətbuata məlumat verilməməsini maraqlansın.

O qeyd edib ki, xalası vəzifəli şəxslərdən biri ilə görüşərək, məlumat verilməməsinin səbəbini soruşduqda ona prosesin davam etdiyi, bundan sonra məlumatın veriləcəyini deyiblər.

Bu barədə erməni KİV-lərinə 3 körpə uşaq anası olan, ölən erməni hərbi qulluqçunun həyat yoldaşı bildirib. Ermənistan Müdafiə Nazirliyinin məlumatın mətbuatda yayılmasından sonra açıqlama verdiyi artıq bir faktdır.

Xatırladaq ki, hadisə ilə bağlı Ermənistan istintaq komitəsi intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açsa da, onun ailəsi bu versiyanı inkar edir, bildirir ki, 3 azyaşlı uşaq atasının intihara əl atmasına heç bir səbəb yoxdur, onların heç bir borcları da yoxdur. O, Ermənistan Müdafiə nazirinin heç bir şeyi gizlətmədiklərini və ört-basdır etməyə çalışmadıqları haqqında açıqlamasını təhqir hesab edir.

“Ay yarım keçib, məlumat verilmir, bu gizlətmək deyil, bəs nədir? Ölüm hadisəsindən 43 gün keçsə də, heç kimdən heç bir zəng edilməyib, hal-əhval tutulmayıb, heç bir məmur başsağlığı belə verməyib”, - deyə qeyd edən Karapetyan orduda ölüm hallarını az göstərmək üçün belə bir addıma əl atdıqlarını istisna etmir.

Ermənistan Müdafiə naziri Davit Tonoyan eyni zamanda bəyan edib ki, hadisənin xidmətlə əlaqədar baş vermədiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bu məsələyə böyük diqqət ayırmayıb. Nazirin bu açıqlamasının qəribəliyinə səbəb Edqar Qriqoryanın məhz xidmət zamanı və xidməti yerində ölməsi faktıdır.

Meğridəki ön xətt mövqelərindən birində baş verən ölüm hadisəsindən 2 saat əvvəl, Edqar Qriqoryan yanvarın 1-də xidmətdə olarkən ailəsi ilə telefonla danışarkən, sərxoş olduğuna dair məlumatları inkar edərək, içkili olmadığın bildirib. Hadisə 11 fevral gecə saat 3-də baş verib. O, Meğri tibb mərkəzinə saat 6-da aparılıb və saat 8-də isə Edqar Qriqoryanın ailəsinə məlumat verilib.

Əsas arteriya damarı nahiyyəsində, ürəyindən 1.5 sm məsafədə odlu silah yarası alan əsgəri yaralı halda xidmət yoldaşları, sərhədyanı yolların pis vəziyyətdə olmasına görə, onu 8 km piyada gətiriblər.

Ailəsi baş verən hadisənin intihar olmadığını iddia edərək, bu ləkənin onun üzərindən götürülməsini tələb edirlər. Onlar Edqar Qriqoryanın savadlı adam olduğunu, belə bir addıma əl ata bilməyəcəyini vurğulayırlar. Arvadı qeyd edir ki, kiminsə bu işdə müdaxilə etdiyinə əmindir və istintaqın nəticələrini gözləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin