“Türkiyə Hmeymimə hücumların qarşısını almaq üçün bütün cəhdləri edir” – Ərdoğan

2019/02/10323-1550151418.jpg
Oxunub: 10564     17:36     14 Fevral 2019    
“Türkiyə Hmeymimdə Rusiya hərbi bazasına hücumların qarşısını almaq üçün mümkün olan hər şeyi edir”.

Ordu.az xəbər verir ki, bu sözləri bu gün Soçidə İran, Türkiyə, Rusiya liderlərinin zirvə görüşüşndə Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, ölkəsi Rusiyanın Suriyadakı bazasına edilə biləcək hücumların qarşısını almaq üçün bütün cəhdləri edir.

“Bizim hərbi qurumlarımız koordinasiyalı şəkildə fəaliyyət göstərir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyənin pilotsuz uçuş aparatları bölgədə heç bir avadanlıq aşkar etməyib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin