Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb.
O, Ermənistan hökumətinin Suriyaya hərbi heyət göndərilməsinin qanun pozuntusu ilə baş verdiyinə dair yeni faktlar açıqlayıb.
"Məsələnin araşdırılmasını davam edərək, indi şok edici qanunsuzluğa dair növbəti bir faktı təqdim edirəm.
Beləliklə, bir neçə gün əvvəl Ermənistan Müdafiə naziri tərəfindən açıqlanan şərhdə baş verənləri Beynəlxalq müqavilələr haqqında hüquq barədə konvensiya ilə də əlaqələndirməyə cəhdlər edilib.
Şəkillərdən gördüyünüz kimi adı çəkilən Konvensiya Ermənistan üçün 16 iyun 2005-ci ildən etibarən qüvvəyə minib və geriyə şamil edilmir (maddə 4). Buna görə də bu, 2001-ci ildə Suriya ilə imzalanmış hərbi texniki razılaşma müqaviləsinə şamil edilmir.
Bu daha bir hüquqi faktdır ki, Paşinyan Suriyaya hərbi quplaşma göndərilməsini Ermənistan qanunlarının şok edici pozulmaları və rəsmi səlahiyyətlərini pozaraq həyata keçirib.
Qeyd edim ki, mənim tənqid hədəfimdə Ermənistan Müdafiə Nazirliyi yox, Ermənistan Baş naziri və onun siyasi komandasıdır. Həyəcan təbilimin isə hər hansı geosiyasi bağlantısı yoxdur", - deyə bildirən Aşotyan səhifəsində qeyd edilən sənədlərin nüsxələrini yayımlayıb.

Alpər Mövludoğlu
Ordu.az