Erməni vəkil: “Əsgər ölümünün gizlədilməsi hərtərəfli yönləndirilmiş təlimat olub”

2019/02/34534-1550139662.jpg
Oxunub: 29842     14:21     14 Fevral 2019    
“Yeni il gecəsi odlu silah xəsarətlərindən ölən müqaviləli hərbi qulluqçu ilə bağlı baş vermiş fakt barədə məlumat verilməməsi səhlənkarlıq nəticəsi deyildir. Bu məsələdə hansı dövlət orqanın səhlənkarlığa yol verməsindən asılı olmayaraq, bu, hərtərəfli yönləndirilmiş və bundan irəli gələn nəticələrlə bağlı bir təlimat olub”.

Ordu.az xəbər verir ki, bu barədə hərbi hüquq sahəsində ixtisaslaşmış vəkil Norayr Norikyan erməni KİV-lərinə verdiyi müsahibəsində hərbi qulluqçunun ölüm faktı ilə bağlı cavabdeh orqanların məlumat verməməsinə toxunarkən bildirib.

“Bir şey aydındır ki, bu kimi halların gizlədilməsi ictimaiyyət içərisində silahlı qüvvələrə, onun rəhbərliyinə qarşı şübhə toxumları yayır. Mən bunu yolverilməz davranış tərzi hesab edirəm”, - deyə Norikyan bildirib.

Onun sözlərinə görə, bu hərəkət tərzinin bir izahı var və o, iki və ya üç orqan tərəfindən eyni vaxtda yol verilən nöqsan ola bilməz.

Jurnalistin, “Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri, informasiyaya cavabdeh olanları, həmçinin Müdafiə naziri qeyd edib ki, hadisəni gizlətmək və ya ört-basdır etmək kimi bir niyyətləri yoxdur. Nazir isə qeyd edib ki, kiçik xidməti araşdırma təyin edilib. Kiçik xidməti araşdırma nə deməkdir və məgər bu böyük məsələnin cavabını verə bilər?” deyə verilən suala vəkil belə cavab verib:

“Əvvəla kiçik və ya böyük xidməti araşdırmalar olmur. Bundan başqa praktika göstərir ki, bu barədə hərbi hissə komandiri məlumat vermir. Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsi, yaxud İstintaq komitəsinin mətbuat katibi müvafiq bəyanatla çıxış edir. Buna görə də hər hansı elmi tədqiqat fəaliyyəti açmaq və yaxud böyük, kiçik xidməti araşdırma aparmaq lazım deyildi. Problem bəyanatın açıqlanması tərzində deyil, hadisənin motivini gizlətmək kontekstindədir”.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin