Hovhannisyan Ağdərədə ölən əsgərlə bağlı suallardan yayınıb

2019/02/45645-1550067409.jpg
Oxunub: 10308     18:15     13 Fevral 2019    
"Əsgərin orduya sağlam gedib, getmədiyini komissiyadan öncə dəyərləndirə bilmərəm".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan erməni KİV-lərinə açıqlamasında bildirib.

Erməni jurnalist Artsrun Hovhanisyana "Necə olub ki, bu hərbi qulluqçu orduya çağırılıb" deyə sual edib.

"Mən indi necə olduğunu deyə bilmərəm, bunun üçün komissiya var. Komissiya öz rəyini verəcək. O zaman doğru ya səhv olduğumuza qərar verərik", - deyə Hovhanisyan qeyd edib.

O əlavə edib ki, cinayət işi açılıb, ölümün baş vermə məqamları aydınlaşdırılacaq.

Xatırladaq ki, fevralın 12-də saat 18:00 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrindən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Frunzik Valerioviç Tamazyan qaraciyər çatışmazlığı, kəskin ürək çatışmazlığı diaqnozu ilə olduqca ağır vəziyyətdə Ağdərədəki hərbi hospitala təxliyyə edilib. Həkimlərin səylərinə baxmayaraq, saat 20:30 radələrində hərbi qulluqçu ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdərə   Erməni-əsgər   Ölüm  


Bizi "telegram"da izləyin