Ermənistan ordusunda itkilər daim gizlədilir - QISA BAXIŞ

2019/02/34534-1549980001.jpg
Oxunub: 9596     20:58     12 Fevral 2019    
Ötən gün erməni KİV-lərində məlumat yayılıb ki, 1 yanvar 2019-cu ildə odlu silah yarasından Ermənistan Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçusu ölüb. Lakin Ermənistanın rəsmi qurumlarının bu barədə məlumat verməməsi, mətbuat tərəfindən "təhlükəli başlanğıc" kimi dəyərləndirilib.

Helsinki Vətəndaşlıq Assambleyası tərəfindən dəfələrlə bildirilib ki, rəsmi orqanlar orduda baş verən bütün hadisələr barədə məlumat vermir, gizlədilir və bu istiqamətdə daim mübarizə aparılır.

Ən azı son 3 ildə, yəni 2016, 2017, 2018-ci illər ərzində HVA Vanadzor ofisi tərəfindən yalnız qeyri-rəsmi deyil, həmçinin Müdafiə Nazirliyi, İstintaq Komitəsi və Hərbi Prokurorluqdan olmaqla rəsmi mənbələrdən əldə edilən məlumatlar da yayımlanıb. Bu mənbələrdən əldə edilən və toplanan məlumatlardan da aydın olur ki, heç də bütün hadisələr barədə rəsmi orqanlar məlumat yaymayıb.

Beləliklə, 2016-cı ildə Ermənistan və işğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşmələr də daxil olmaqla, düşmən ordusunda baş verən ölüm statistikaları açıqlandıqdan sonra HVA Vanadzor ofisi tərəfindən əlavə araşdırılma aparılıb. Məlum olub ki, məlumat bülletenində Ermənistan silahlı qüvvələrində baş vermiş 162 hadisədən başqa, daha 13 ölüm hadisəsi də qeydə alınıb. Bu 13 hadisə barədə nə rəsmi, nə də qeyri-rəsmi mənbələr heç bir məlumat yaymayıb. Bu 13 hadisədən 2 hal intihar olmaqla, 6 halın səbəbi hələ də naməlum olaraq qalır.

Daha sonra açıqlanan məlumata görə, 77 ölüm faktı çərçivəsində, 13 hal intihar, 13 hal isə qəsdən öldürmə olaraq açıqlanıb.

2017-ci il üzrə açıqlanan məlumata görə isə 59 hadisədən başqa daha 5 hadisənin baş verdiyi məlum olub. Bu 5 hadisədən 3 hal üzrə məlumat rəsmi və ya qeyri-rəsmi mənbələrdə öz əksini tapmayıb.

2017-ci il üzrə ümumi 64 ölüm halından 10 hal üzrə intihar, 3 hal öldürmə, 1 hal isə səbəbi məlum olmayan kimi dəyərləndirlib.

2018-ci il üzrə açıqlanan məlumatda yalnız rəsmi mənbələrdən istifadə edilib və məlum olub ki, 63 hadisədən, yalnız 47 hal üzrə rəsmi məlumat verilib.

2018-ci il üzrə ümumi 63 ölüm halından 11 hal intihar, 5 hala səbəb isə qəsdən öldürmə qeyd edilib.

Bununla da 2016-cı il üzrə 13 ölüm hadisəsi, 2017-ci ildə 5 ölüm hadisəsi, 2018-ci ildə isə 16 ölüm hadisəsi (aprel döyüşləri istisnadır-red) haqqında rəsmi məlumat verilmədiyi məlum olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin