“Azərbaycan ABŞ-dan 197 milyon dollar dəyərində hərbi əmlak alıb”

2019/02/HELI_-1549971970.jpg
Oxunub: 2151     15:33     12 Fevral 2019    
“Ermənistanla müqayisədə Azərbaycanın ABŞ-la əlaqələri bir neçə dəfə daha çoxdur. Ermənistan ABŞ-ın 173-cü ticarət tərəfdaşıdır, Azərbaycan isə bu sıralamada 107-cidir. BMT-yə üzv 193 ölkədən bir hissəsi ilə ABŞ-ın ümumiyyətlə diplomatik əlaqəsinin olmadığını nəzərə alaraq deyə bilərik ki, onun bu ölkələrdən bəzilərilə ticarət əlaqəsi yoxdur və deməli Ermənistan bu sıralamada ən geridə olan ölkələrdən biridir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan öz “Facebook” səhifəsində Azərbaycanla ABŞ arasında növbəti hərbi anlaşmaya toxunaraq Azərbaycana idxal ediləcək texnikanın hərbi xarakterli ola biləcəyini bildirib.

O qeyd edib ki, əgər Ermənistanda kimsə aparılan bu alqı-satqı ilə maraqlanmaq istəyirsə, həmin şəxslərə bildirir ki, Azərbaycan keçən ilin noyabr ayında ABŞ-dan 197 milyon dollar dəyərində təyyarə və peyk kateqoriyası üzrə hərbi əmlak əldə edib və eyni qaydada oktyabr ayında da alqı-satqı aparılıb. Bir sözlə bu davamlı proses xarakteri alsa da, heç kimi nəyin, haradan, kimdən və necə alındığını maraqlandırmadığından, mövzu bağlanıb.

Suren Sarkisyan Azərbaycanla Ermənistanın ABŞ-la münasibətini müqayisə edərək qeyd edib ki, Ermənistanla müqayisədə Azərbaycanın ABŞ-la əlaqələri bir neçə dəfə daha çoxdur.

“Ermənistan ABŞ-ın 173-cü ticarət tərəfdaşıdır, Azərbaycan isə bu sıralamada 107-cidir. BMT-yə üzv 193 ölkədən bir hissəsi ilə ABŞ-ın ümumiyyətlə diplomatik əlaqəsinin olmadığını nəzərə alaraq deyə bilərik ki, onun bu ölkələrdən bəzilərilə ticarət əlaqəsi yoxdur və deməli Ermənistan bu sıralamada ən geridə olan ölkələrdən biridir. Ermənistandan fərqli olaraq Azərbaycan kifayət qədər fəal şəkildə silahlanmağa davam edir”, - deyə o əlavə edib.

Erməni politoloqun fikrincə, onun əldə etdiyi müxtəlif mənbələrdən daxil olan məlumatlara əsasən Azərbaycan silah-sursat əldə edilməsi istiqamətində fəal iş aparır və ABŞ-dan mümkün olan hər şeyi əldə etmək niyyətindədir, hətta mülki təyyarə alıb onun hərbiləşdirmək iqtidarındadır.

Təyyarə və peyk kateqoriyasından olan hərbi əmlakın nə demək olduğuna dair suala isə Sarkisyan belə cavab verib: “Bu hərbi əmlakın müxtəlif təyinatlı ola biləcəyi istisna edilmir. Bir neçə ay əvvəl Azərbaycanın ABŞ istehsalı atəş mexanizmləri aldığını xatırlatmışdıq. Azərbaycan İsraildən 40 dron alıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ABŞ   Hərbi-əməkdaşlıq  

“Azərbaycan ABŞ-dan 197 milyon dollar dəyərində hərbi əmlak alıb”

2019/02/HELI_-1549971970.jpg
Oxunub: 2152     15:33     12 Fevral 2019    