Ermənistan ordusundakı gizli ölüm təhlükəli bir başlanğıcdır: MN niyə səssizdir?

2019/02/00-31-1549953472.jpg
Oxunub: 1566     10:36     12 Fevral 2019    
Crai ilin ilk günündə, 04:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin döyüş mövqelərindən birində, həmin hərbi hissənin müqaviləli hərbi qulluqçusu Edqar Eduardoviç Qriqoryan döş qəfəsi nahiyyəsində odlu silah yarası ilə aşkarlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 3 uşaq atası olan Qriqoryan Meğri tibb mərkəzinə təxliyyə edilsə də, 08:10 radələrində ölüb.

Məsələ ilə bağlı “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açıldığı bildirilsə də, ölüm hadisəsi barədə Ermənistan MN və İstintaq komitəsi heç bir məlumat yaymayıb.

Nazirlik nə baş verən hadisəni inkar edib, nə də ki, bu faktı niyə gizlətdiyini açıqlayıb və sadəcə intihar həddinə çatdırma maddəsi üzrə cinayət işinin açıldığını bildirib. İstintaq komitəsinin səssizliyi isə daha çox diqqət çəkib. Keçmiş iqtidar dövründə də orduda ölüm hadisələrinin gizlədilməsinə alışan erməni cəmiyyəti, bu prosesin Paşinyan hakimiyyətindən sonra daha da artdığını düşünür.

Geriyə qalan isə hələlik cavabsız qalan bir neçə sualdır: Edqar Qriqoryanın nizamnamədənkənar münasibətlər nəticəsində öldüyü barədə rəsmi məlumat həqiqətənmi doğrudur, əgər doğrudursa, kimlər buna görə məsuliyyət daşıyır, ölüm hadisəsi niyə gizlədilib? Müəyyən təsirə malik olan şəxslərə bu məlumatın açıqlanmasının əlverişli olmadığını ehtimal etmək olarmı?

Belə bir ehtimala əsas olmadığı bildirilsə də, erməni hərbi qulluqçunun öldüyü və məlumatın gizli saxlandığına görə bu cür düşünmək mümkündür. Yeri gəlmişkən, məlumat gizli saxlandığına görə erməni cəmiyyətinin istədiyi versiyanı müzakirə etməyə ixtiyarı var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Ermənistan ordusundakı gizli ölüm təhlükəli bir başlanğıcdır: MN niyə səssizdir?

2019/02/00-31-1549953472.jpg
Oxunub: 1567     10:36     12 Fevral 2019    