“Paşinyan Suriyaya dair missiyanın qanunsuzluğunu gizlətməyə çalışır” – Aşotyan

2019/02/45645-1549952103.jpg
Oxunub: 902     10:09     12 Fevral 2019    
“Hökumət Suriyaya hərbi heyətin göndərilməsinin qanunsuzluğunu gizlətməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində Ermənistanın Respublikaçılar partiyasının sədr müavini, erməni parlamentinin sabiq deputatı, xarici əlaqələr üzrə daimi komissiyasının sabiq sədri Armen Aşotyan yazıb.

O qeyd edib ki, Ermənistan hakimiyyəti Suriyaya hərbi heyət göndərilməsinin qeyri-qanuni olduğunu gizlətməyə çalışaraq artıq neçə gündür ki, təşviş içində müxtəlif versiyalar icad edir və onları əsaslandırmağa çalışır, üstəlik müxtəlif səviyyəli məmurlar bir-birini inkar edən bəyanatlarla çıxış ediblər.

Onun sözlərinə görə, heç bir ciddi tənqidə tab gətirməyən Ermənistan Müdafiə Nazirliyi artıq hərbi heyətin göndərilməsinin dördüncü günü yeni açıqlama verməyə cəhd edərək, cəbhədə erməni hərbi qulluqçunun ölüm faktının gizlədilməsi hadisəsindəkinə bənzər absurd arqumentlər gətirməyə cəhd edib.

“Bu dəfə Ermənistanla Suriya hökümətləri arasında 2001-ci il avqustun 27-də bağlanmış əməkdaşlıq haqqında razılaşma əsas gətirilib. Əslində belə bir razılaşma mövcud deyil. Bunun əvəzində isə Ermənistanla Suriya höküməti arasında həmin tarixdə Dəməşqdə bağlanmış hərbi-texniki sahədə əməkdaşlıq haqqında razılaşma var”, - deyə Armen Aşotyan vurğulayıb və təkrar edib ki, bu razılaşma hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutur.

Onun fikrincə, bilərəkdən razılaşmanın real adını qeyd etməməklə, erməni hərbi qulluqçularından ibarət heyətin humanitar olmasına baxmayaraq, silahlı qüvvələrin bölməsi olduğu faktını yenə də gizlətməyə cəhdlər edilir.

Aşotyan xatırladır ki, “Müdafiə haqqında” Ermənistan qanunvericiliyinə görə, Ermənistan hökuməti ölkə hüdudlarından kənarda silahlı qüvvələrin bölmələri tərəfindən sülhməramlı missiya yerinə yetirməsinə dair qərar qəbul edir.

Aşotyan əlavə edir ki, belə bir qərar ictimaiyyətə məlum deyil və bu kimi hallarda məxfi məqamların olduğu məlumdur. Lakin Paşinyan bu şəxsi təşəbbüskarlığı üzrə qanunsuzluğu gizlətməyə çalışarkən vəzifə səlahiyyətindən sui-istifadə edilməsinə yol verməməlidir.

Xatırladaq ki, Ermənistanın MN-in mətbuat katibi Ermənistan tərəfindən mütəxəssislər və onların birbaşa təhlükəsizliyini təmin edən şəxsi heyətin Suriyaya göndərilməsi faktına münasibət bildirib və bu addımın atılmasında Ermənistanla Suriya hökuməti arasında 27 avqust 2001-ci ildə bağlanmış əməkdaşlıq haqqında razılaşmanı əsas gətirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Suriya  

“Paşinyan Suriyaya dair missiyanın qanunsuzluğunu gizlətməyə çalışır” – Aşotyan

2019/02/45645-1549952103.jpg
Oxunub: 903     10:09     12 Fevral 2019    