“Splav” EİB SC “ADEX-2018”də nələri nümayiş etdirdi? – HƏRBİ EKSPERT

2018/10/grad_-1538480086.jpg
Oxunub: 3896     15:12     02 Oktyabr 2018    
“Splav” Elmi-İstehsalat Birliyi Səhmdar Cəmiyyəti (EİB SC) Reaktiv Yaylım Atəş sistemlərinin layihələndirilməsi və istehsalı ilə məşğul olur. Bakıda keçirilən “ADEX-2018” sərgisində də təmsil olunan müəssisə tərəfindən indiyə qədər yaradılan 10-dan çox RYAS və 50-dən çox reaktiv mərmi növü silahlanmaya qəbul edilib.

Məhsulları dünyanın 50-dən çox ölkəsinin silahlanmasına qəbul edilən “Splav” şirkətinin ilk uğuru əfsanəvi “Katyuşa” ilə başlasa da, sonradan 122 mm “Qrad” və “Tornado-Q”, 300 mm “Smerç” reaktiv sistemləri, həmçinin torpedo əleyhinə “Udav-1M” gəmi kompleksi, RPK-8 qayıq əleyhinə kompleksi, TOS-1A yandırıcı odsaçan kompleksi və s. kimi məhşur silah sistemlərinin istehsalını həyata keçirib.

Təbii ki, illər ərzində bu sistemlər modernləşdirildi, texniki xüsusiyyətləri yüksəldildi. Məsələn, tək “Qrad” RYAS-da istifadə edilən raket və avadanlıqlar modernləşdirildi, atəş məsafəsi iki dəfə artırılaraq 40 km-ə çatdırıldı. Şirkət davamlı olaraq yeni texnologiyaları tətbiq edərək istehsal və satış həcmini artırmağa, eyni zamanda rəqabət qabiliyyətli məhsullar təklif etməyə çalışır. Bu məqsədlərə nail olmaq üçün “ADEX-2018” sərgisi də digər hərbi sənaye şirkətlərinə olduğu kimi, Rusiya şirkətlərinə də geniş imkanlar yaratdı. “Splav” EİB SC bu imkanlardan yararlanaraq Bakıda keçirilən sərgidə istehsal etdikləri hərbi təyinatlı məhsulları iştirakçılara təqdim etdilər. Bu məhsullar arasında 80, 122, 140, 212, 220 və 300 mm-lik reaktiv sistemləri və onların müxtəlif təyinatlı mərmilərini, odsaçan üçün termobarik mərmiləri, idarəolunmayan aviasiya raketlərini, gəmi odsaçan kompleksini, dərinlik üçün reaktiv mərmiləri, hidroakustik maneə mərmisini, diversant və torpedolardan mühafizə olunmaq üçün kompleksi və onun raketlərini sadalamaq olar.

“Tornado-Q”

Şirkətin istehsal etdiyi “Tornada-Q” RYAS taktiki dərinlikdə düşmənin komanda məntəqələrini, cəmləşmə rayonlarında, atəş mövqelərində, səfərdə və açılma səddlərində mövcud olan artilleriya və motoatıcı bölmələrini, zirehsiz və yüngül zirehli vasitələrini, uçuş-enmə zolaqlarında və dayanacaqlarda yerləşən helikopterlərini məhv etmək üçün nəzərdə tutulur.


2B17M markalı “Tornado-Q” ASUNO (tuşlama və atəşi avtomatik idarəetmə sistemi) ilə təchiz edilir. Bu sitem:

- İdarəetmə maşını ilə informasiya bağlantısına malikdir, şifrəli məlumat tele-mübadiləsi radiokanal vasitəsilə aparılır;
- Məlumat avtomatik rejimdə qəbul edilir, onun saxlanılması və kənar müdaxilədən qorunması təmin edilir;
- İnformasiya vizual olaraq rəngli indikatorla qrafik sxemdə əks etdirilir;
- Avtonom olaraq lülələrin atəş üçün istiqamət bucaqları təyin edilir;
- Döyüş maşının hərəkətdə və ya dayanacaqda həm hündürlüyü, həm də yerləşmə koordinatları peyk naviqasiya vasitələrinin köməyi ilə təyin edilir;
- Maşının yeri, təyinat rayonları və keçdiyi yol qrafik olaraq rəngli indikatorla əks etdirilir.


“Tornado-Q” RYAS müxtəlif tipli və müxtəlif təyinatlı reaktiv mərmilərdən istifadə edir.

9M538-122 mm qəlpəli fuqas başlığa sahib yüksək effektivli idarəolunmayan mərmidir. Düşmənin açıqda və ya sığınacaqda olan canlı qüvvəsini, zirehsiz və yüngül zirehli vasitələrini, komanda məntəqələrini və başqa hədəflərini məhv etmək üçün təyin edilib.

Taktiki-Texniki Xüsusiyyətləri

Atəş məsafəsi:
Minimim- 5 km
Maksimum - 20 km
Uzunluğu
A3-NV-48 partladıcısı ilə - 2639 mm
MRV-U partladıcısı ilə - 2588 mm
Mərminin çəkisi - 68.4 kq
Döyüş başlığının çəkisi - 34.5 kq
Mərminin qutu ilə çəkisi - 96 kq
Qablaşdırılan taxta qutunun ölçüləri - 2511x288x250 mm.


9M539-122 mm qəlpəli fuqas başlığa sahib yüksək effektivli idarəolunmayan mərmidir. Bu mərmilər 2B17M yenilənən döyüş maşınlarından atəş açmaq üçün nəzərdə tutulur. Düşmənin açıqda və ya sığınacaqda olan canlı qüvvəsini, zirehsiz və yüngül zirehli vasitələrini, komanda məntəqələrini və başqa hədəflərini məhv etmək üçün təyin edilib. 9M539 mərmilərinin məhvetmə effektivliyi RS 9M22U mərmilərindən təxminən 6 dəfə yüksəkdir.

Atəş məsafəsi:
Minimim - 5 km
Maksimum - 20 km
Uzunluğu - 3052 mm
Mərminin çəkisi - 69 kq
Döyüş başlığının çəkisi - 36 kq
Mərminin qutu ilə çəkisi - 101 kq
Qablaşdırılan taxta qutunun ölçüləri - 2978x288x250 mm.


9M541-122 mm kumulyativ qəlpəli döyüş elementləri olan döyüş başlığına sahib idarəolunmayan mərmidir. Bu mərmilər 2B17M yenilənən döyüş maşınlarından atəş açmaq üçün nəzərdə tutlur. Düşmənin açıqda və ya sığınacaqda olan canlı qüvvəsini, zirehsiz və yüngül zirehli vasitələrini, komanda məntəqələrini və başqa hədəflərini məhv etmək üçün təyin edilib. 9M541 mərmilərinin məhvetmə effektivliyi RS 9M22U mərmilərindən təxminən 10 dəfə yüksəkdir.

Atəş məsafəsi:
Minimim - 5 km
Maksimum - 20 km
Uzunluğu - 3052 mm
Mərminin çəkisi - 67.6 kq
Döyüş başlığının çəkisi - 33.7 kq
Döyüş elementlərinin sayı - 70 ədəd
Homogen zirehə nüfuzetmə - 140 mm
Mərminin qutu ilə çəkisi - 99.6 kq
Qablaşdırılan taxta qutunun ölçüləri - 2978x288x250 mm.


“Qrad” RYAS

“Qrad” RYAS taktiki dərinlikdə düşmənin açıqda və ya sığınacaqda olan canlı qüvvəsini, zirehsiz və yüngül zirehli vasitələrini cəmləşmə rayonlarında, artilleriya və minaatan batereyalarını, komanda məntəqələrini və başqa hədəflərini məhv etmək üçün təyin edilib.


Bu sistemlər geniş istsifadə diapazonuna malikdir, dağlarda, həmçinin suüstü hədəflərə qarşı tətbiq edilməsi mümkündür.

“Qrad” YARS-ı döyüş vəziyyətinə gətirmək və atəşi idarə etmək üçün:

- 1B126 “Kapustnik-B” atəşi avtomatik idarəetmə sistemindən (KSAUO);
- 1T12-2M topoqafik çəkiliş maşınından;
- 1B44 və ya RPMK-1 metereoloji radiopelenqasiya kompleksindən istifadə edilir.


Çapı - 122 mm
Atəş məsafəsi: Maksimum - 40 km
Mərminin çəkisi - 66.6- 70 kq
İstiqamət lülələrinin sayı - 40 ədəd
Tam yaylım atəşi - 20 san
Şassinin tipi - Ural-375D (Ural-4320).

“Qrad” RYAS müxtəlif tipli reaktiv mərmilərdən istifadə edir.

9M22U-122 mm qəlpəli fuqas başlığa sahib idarəolunmayan mərmidir. Düşmənin açıqda və ya sığınacaqda olan canlı qüvvəsini, zirehsiz və yüngül zirehli vasitələrini, artilleriya bölmələrini, komanda məntəqələrini və başqa hədəflərini məhv etmək üçün təyin edilib.


Atəş məsafəsi:
Minimim - 15 km
Maksimum - 20.1 km
Uzunluğu - 2870 mm
Mərminin çəkisi - 66.6 kq
Döyüş başlığının çəkisi - 18.4 kq
Mərminin qutu ilə çəkisi -100 kq
Qablaşdırılan taxta qutunun ölçüləri - 2900x260x300 mm

9M521-122 mm-lik, daha güclü qəlpəli fuqas başlığa sahib idarəolunmayan reaktiv mərmidir. Düşmənin çəmləşmə rayonlarındakı, açıqda və ya sığınacaqda yerləşən canlı qüvvəsini, zirehsiz vasitələrini, daşıyıcılarını, artilleriya bölmələrini, komanda məntəqələrini və başqa hədəflərini məhv etmək üçün təyin edilib.

Atəş məsafəsi:
Minimim - 15 km
Maksimum - 40 km
Uzunluğu - 2815 mm
Mərminin çəkisi - 66 kq
Döyüş başlığının çəkisi - 21 kq
Mərminin qutu ilə çəkisi - 96.5kq
Qablaşdırılan taxta qutunun ölçüləri - 2736x288x250 mm.


9M522-122 mm- lik ayrılan qəlpəli fuqas döyüş başlığına sahib idarəolunmayan reaktiv mərmidir. Düşmənin açıqda və ya sığınacaqda yerləşən canlı qüvvəsini, çəmləşmə rayonlarındakı zirehsiz vasitələrini və daşıyıcılarını, həmçinin artilleriya bölmələrini, komanda məntəqələrini və başqa hədəflərini məhv etmək üçün nəzərdə tutulub.


Atəş məsafəsi:
Minimim - 8 km
Maksimum - 34 km
Uzunluğu - 3053 mm
Mərminin çəkisi - 70 kq
Döyüş başlığının çəkisi - 25 kq
Partlayıcı maddənin çəkisi - 4.5 kq
Mərminin qutu ilə çəkisi - 102 kq
Qablaşdırılan taxta qutunun ölçüləri - 2736x288x250 mm.


9M218-122 mm-lik kumulyativ qəlpəli döyüş elementlərinə sahib idarəolunmayan reaktiv mərmidir. Düşmənin canlı qüvvəsini, BMP, BTR, ÖAQ- larını, dayanacaqda olan helikopter və təyyarələrini məhv etmək üçün nəzərdə tutulub.

Atəş məsafəsi:
Minimim - 8 km
Maksimum - 28 km
Uzunluğu - 3051 mm
Mərminin çəkisi - 70 kq
Döyüş başlığının çəkisi - 25 kq
Homogen zirehə nüfuzetmə - 140 mm
Döyüş elementlərinin sayı - 45 ədəd
Qablaşdırılan taxta qutunun ölçüləri - 2976x288x250 mm.


(Ardı var)
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Splav   ADEX-2018  


Bizi "telegram"da izləyin