Pentaqon yeni mikro ölçülü mikrofonlarını təqdim edib

2018/09/4564564_1536748833.jpg
Oxunub: 3391     18:39     12 Sentyabr 2018    
Pentaqon özünün hərbçilərin dişlərinin üzərinə yerləşdirilən yeni mikrofonunu təqdim edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni hərbi texniki vasitə “Sonitus” şirkəti tərəfindən layihələşdirilib.

Məsələ ilə bağlı şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, sözügedən yeni kiçik həcmli mikrofon arxa ağıl dişlərinə yerləşdirilir.

Bildirilib ki, əlaeyhqaz istifadə edərkən yaranan səs problemini aradan qaldırmaq məqsədilə hazırlanan yeni texnologiyanın təkmilləşdirilməsi üçün bu ana qədər 10 milyon dollar xərclənib.

Qeyd edək ki, yeni kiçik həcmli innovativ texnoloji vasitənin kütləvi istehsalına növbəti ildən etibarən başlanılacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Mikrofon  


Bizi "telegram"da izləyin