Məsafədən mina təmizləyən "Listva": STRQ-nin yeni komponenti və sərgi eksponatı (ANALİZ)

2018/09/12_3073133560.jpg
Oxunub: 1554     18:32     10 Sentyabr 2018    
Bir neçə il bundan əvvəl, Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının maraqlarında yerüstü raket sistemlərinin döyüş növbətçiliyi fəaliyyətini təmin etmək məqsədilə nəzərdə tutulan, yeni mobil 15M107 "Listva" maşını yaradıldı. Bu texnika artıq bir sıra hərbi hissələr tərəfindən istifadə edilir. Əlavə olaraq təlimlərdə və real xidmətdə də iştirak etmək imkanları mövcud olub. Hələlik ictimaiyyət "Listva"nı döyüş-təlim tədbirlərində çəkilən foto və videolardan tanıyır, lakin tezliklə bu nümunənin ilk ictimai nümayişi keçirilməlidir.

Strateji təyinatlı raket qoşunlarının Rəqəmsal İnformasiya Dəstək Qrupu, "Ordu-2018" beynəlxalq hərbi-texniki forumunda raket qüvvələrinin bir sıra müasir modellərini təqdim etdi. Onların arasında ən yeni məsafədən mina təmizləyici maşın 15M107 "Listva" da yer alırdı.

STRQ xüsusi texnikanı nümayiş etdirərkən, biz də ilk növbədə, "Listva"nın tarixini xatırlayaq və onun texniki xüsusiyyətlərini nəzərdən keçirək. Rəsmi məlumatlara görə, 15M107 "Listva" maşını raket kompleksinin start mövqelərində və hərəkət marşrutlarında fəaliyyət göstərərək, onun komponentlərinin yaşam müddətini və canlılığını artırmaq üçün nəzərdə tutulub. Maşın və onun ekipajı müxtəlif partlayıcı qurğuları axtarmağa və onları bu və ya digər üsulla zərərsizləşdirməyə qadirdir. Çox geniş təhlükələrə qarşı mübarizə aparmaq imkanına malikdir. Təsbit edilən obyektə təsiretmə metodlarına görə "Listva" yeni fiziki prinsiplərə əsaslanan vasitələr sinifinə aid edilir.

"Listva" üçün baza olaraq köhnə KamAZ-43269 "Vıstrel"in modernləşdirilən versiyası olan SBA-60-K2 "Bulat" tamötürücülü zirehli avtomobildən istifadə olunub. Belə bir maşının zirehli ekipaj və avadanlıqları onu kiçik silah mərmi və qəlpələrindən qoruyur. Mövcud olan mühərrik və yüksək keçicilik imkanları, mina təmizləmə maşınına raket sistemləri ilə eyni ərazilərdə fəaliyyət göstəməsinə şərait yaradır.

"Listva"nın yığılması zamanı "Bulat" bazasının korpusunun həcmi üç əsas hissəyə bölünüb. Ön tərəfdə avtomobilin sürücüsü və komandiri, onların arxasında isə operator bölməsi yerləşir. Ən sondakı bölmə isə istehkamçılar və mühəndis avadanlıqları üçün nəzərdə tutulub. Eyni zamanda korpus daxilində bu və ya digər sistemlərin yerləşdirilməsi üçün kifayət qədər yer ayrılıb. Üst tərəfdə, qorunan həcmin xaricində əhəmiyyətli sayda böyük aqreqatlar quraşdırılıb.

"Listva"nın korpusunda ana funksiyaların yerinə yetirilməsi üçün bir neçə əsas sistem mövcuddur. 15M107 maşınları döyüş əməliyyatı şəraitində partlayıcı qurğuları axtaran bir stansiyadan istifadə edir. Maşının qarşısında quraşdırılan çıxıntılı çərçivədə 16 indüksiya sensoruna malik axtarış modulu yerləşdirilib. Axtarış modulu tərkibində metal hissələri olan obyektləri aşkar edir. Tədqiq edilən sektorun statusu haqqında məlumat, operator konsolunda yerləşən ekranda göstərilir.

Axtarış modulundan istifadə edərək, mina təmizləyici maşını 100 m-ə qədər məsafədə 30°- lik sektorda axtarış apara bilir. Bu aşkaretmə xüsusiyyətləri maşının 15 km/s hərəkət sürətində də təmin edilir. Bu isə raket komplekslərini müşayiət etmək və eyni zamanda potensial təhlükəli obyektləri aşkar etmək üçün kifayətdir. Döyüş vəziyyətindən səfər vəziyyətinə keçərkən, axtarış modulu çərçivəsi qatlanır və zirehli avtomobilin ön hissəsində yerləşdirilir.

Düşmən radio-kanal üzərindən idarə edilən partlayıcı qurğulardan istifadə etdikdə "Listva"nın radioelektron mübarizə sistemi işə düşür. Hərəkət, axtarış və ya digər fəaliyyətlər zamanı operator müdaxilə generatorunu işə salır. Bununla əlaqədar minalar nə istehkamçıların fəaliyyəti dövründə, nə maşının qarşısında, nə də raket kompleksinin digər komponentlərinin yaxınlığında kənardan gələn siqnallara reaksiya vermir.

15M107 maşınlarının xüsusi avadanlıqların ən böyük və ən nəzərə çarpan elementlərindən biri üst tərəfdə yerləşdirilən parabolik antenadır. Səfər vəziyyətində o, irəliyə doğru, qismən damın uzərində "yatırılır". Aktiv rejimdə isə tələb olunan bucaqda yüksəldilir. Anten, kifayət qədər güclü bir mikrodalğalı impuls yaradan radioelektron avadanlıqlarla əlaqələndirilib. Əməliyyat zamanı zərərsizləşdirmə sistemi 90 dərəcəlik bir sektorda partlayıcı qurğuların metal hissələrinə təsir edə bilir. Mina təmizləmə zolağının maksimum eni 50 metrdən çox olur.

"Listva"nın mina təmizləmə sisteminin iş prinsipi elektrik və ya elektron qurğuların komponentləri də daxil olmaqla metal hissələrə edilən elektromaqnit təsirdən ibarətdir. Mikrodalğalı impuls elektron partlayıcının işə düşməsi üçün onu təhrik edir və ya sadəcə onu yandıraraq minanı yarasız hala gətirir.

Bu zaman şəxsi heyətin və texnikaların keçə biləcəyi bütöv bir minadan təmizlənən zolaq yaradılır.

Məlumatlara görə, radioelektron avadanlıqlar operatoru mövcud sistemləri həm ayrı-ayrılıqda, həm də eyni zamanda istifadə edə bilər. Mövcud vəziyyətə və ehtiyaca görə, yalnız partlayıcı qurğuların axtarışı və ya minanın zərərsizləşdirilməsi ilə mina axtarışı əməliyyatı yerinə yetirmək mümkündür. Maraqlıdır ki, maşının ekipajı zəruri hallarda təhlükəli obyektlərin axtarışını və neytrallaşdırılması ilə bağlı tapşırıqların bir hissəsini öz üzərinə götürə bilər. Maşında partlayıcı qurğularla müstəqil işləmək üçün istehkamçılar tərəfindən istifadə olunan bütün zəruri "ənənəvi" avadanlıqlar mövcuddur.

15M107 "Listva" məsafədən mina təmizləmə maşınının ekipajı beş nəfərdən ibarətdir. Ön hissədə sürücü və komandir, onların arxasında bütün avadanlıqları idarə edən operator yerləşir. İki nəfər istehkamçı və onların avadanlıqları avtomobilin arxa hissəsində daşınır. Ön "idarəetmə otağına" giriş yan tərəflərin aşağı hissəsindəki bir cüt qapı (lyuk) vasitəsilə təmin edilir. Bənzər bir qapı da operatorun iş yerində, mərkəzi bölmədə mövcuddur. İki istehkamçı isə maşına arxa qapılardan daxil olur.

Çox güclü radioelektron sistemlərdən istifadəni və radiasiyanın insanlar üçün təhlükəli ola biləcəyini nəzərə alarsaq, maşının bütün daxili bölmələri müvafiq qorunma ilə təmin olunub. Beləliklə, maşının korpusu və şüşələri lazımi "əksetdirmə (ekranlaşdırma) süzgəci"nə malikdir. Ekipajın üzvləri üçün metal ipliklərdən hazırlanan xüsusi qoruyucu dəstlər hazırlanıb.

Ölçüsünə görə "Listva" digər müasir yerli zirehli vasitələrdən az fərqlənir və onun hərəkət imkanları strateji təyinatlı raket qoşunlarının tələblərinə uyğun gəlir. Bu cür nəqliyyat vasitələri bütün marşrutlarda patrul xidməti zamanı, o cümlədən müxtəlif maneələri dəf edərkən mobil raket sistemlərini müşayiət edə bilir. Bu zamanı mina təmizləmə maşını təhlükəli obyektlərin vaxtında aşkar edilməsi və zərərsizləşdirilməsi üçün raket kompleksinin komponentlərindən bir qədər irəlidə hərəkət edir.

15M107 perspektivli mina təmizləmə maşınları haqqında ilk məlumatlar 2013-cü ilin ortalarına aiddir. Daha sonra Rusiya Müdafiə Nazirliyi xüsusi texnika modelinin lazımi sınaqların əksər hissəsindən keçdiyini, yaxın zamanlarda isə silahlanmaya qəbul edilə biləcəyini açıqladı. Bir müddət sonra STRQ nümayəndələri yeni xüsusi maşının sınaqları ilə bağlı məlumatlar yayımladıqdan sonra onun texniki xüsusiyyətlərinin bəzi detalları məlum oldu. Xüsusilə, maşının korpus avadanlığının tərkibi və onun fəaliyyətinin əsas prinsipləri qismən məlum oldu.

2013-cü ildə ilk 15M107 "Listva" mina təmizləyən maşını ilk seriya istehsalı STRQ- nın hissələrindən birinə çatdırıldı. Bu maşının ilk sahibi "Topol-M" və "Yars" mobil raket kompleksləri ilə təchiz edilən Teikov diviziyası oldu. 2014-cü ildə Novosibirsk və Nijniy Taqildə fəaliyyət göstərən birləşmələrə bir neçə "Listva" verildi. Tezliklə STRQ komandanlığı mina təmizləmə maşınları barədə planlarını açıqladı. 2020-ci ilə qədər bütün əsas raket birləşmələri üçün 20 ədəd 15M107 "Listva" əldə edilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumat və kütləvi kommunikasiya şöbəsi ötən ilin sentyabrında STRQ-nin təlimləri çərçivəsində məsafədən mina təmizləmə maşınlarının ilk istifadəsi barədə məlumat verdi. Manevrlərin əfsanəsinə görə, düşmən diversantları raket kompleksinin marşrutuna mobil telefon bazasından idarə edilən iyirmi ədəd partlayıcı qurğu yerləşdirir. "Listva"da yerləşən radioelektron mübarizə sistemi, mina idarəetmə siqnallarını uğurla basdırır və onların diversantlar tərəfindən işə salınmasına imkan vermir. Eyni zamanda digər cihazlar da təhlükəsiz məsafədə mina partlamasını təmin edirlər. Nəticədə qorunan "Yars" kompleksləri partlayıcı qurğulardan uzaq məsafədə olduğu üçün heç bir riskə məruz qalmır.

Ötən ilin payızından etibarən, Rusiya Müdafiə Nazirliyi strateji təyinatlı raket qoşunlarının müxtəlif təlimlərində bir neçə dəfə 15M107 "Listva" maşınlarından istifadə edilməsi barədə məlumat verib. Nəşr olunan məlumatlara görə, bütün hallarda bu avadanlıqların ekipajları düşmən partlayıcı qurğulaının aşkarlanması və zərərsizləşdirilməsi ilə bağlı vəzifələri uğurla yerinə yetirib.

2017-ci ilin dekabrında ictimaiyyət "Listva" maşını haqqında daha çox məlumat əldə edib, bu texnikaya xaricdən və daxildən baxa bilib və onun fəaliyyətini təlim şəratində izləyə bilib. "Zvezda" kanalının "Hərbi qəbul" proqramının növbəti sayında maraqlı kadrlar nümayiş etdirilib. Bu verilişdə 15M107 "Listva" haqqında ən geniş məlumatlar əks etdirilib.

Rusiya Müdafiə Nazirliyinin son hesabatlarına görə, yaxın gələcəkdə hər kəs "Listva" maşınını canlı görə biləcək.

Rusiya strateji təyinatlı raket qoşunları müxtəlif imkanlara malik döyüş təminatı maşınları, o cümlədən raket sistemlərinin döyüş növbətçiliyini və patrul xidmətini təmin etmək üçün nəzərdə tutulan yeni avadanlıqlar əldə edirlər. Eyni zamanda STRQ yalnız texnika parkını yeniləməklə kifayətlənmir, həm də onların yenidən qurulmasının nəticələrini də ictimaiyyətə nümayiş etdirir.

Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Listva   STRQ  

Məsafədən mina təmizləyən "Listva": STRQ-nin yeni komponenti və sərgi eksponatı (ANALİZ)

2018/09/12_3073133560.jpg
Oxunub: 1555     18:32     10 Sentyabr 2018    