UAVOS özünün ən yeni PUA-sını təqdim edib

2018/09/p1723370_main_1536063174.jpg
Oxunub: 4033     20:11     04 Sentyabr 2018    
ABŞ-ın UAVOS korporasiyası özünün ən yeni VTOL sinif pilotsuz uçuş aparatını nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin mətbuat xidmətindən verilib.

Qeyd olunub ki, vertikal şəkildə enib-qalxma keyfiyyətlərinə sahib yeni PUA-nın çəkisi 15 kq, qanadlarının maksimum genişliyi isə 3,5 metrdir.

“Borey 10” adı verilən yeni PUA 2000 V gücə sahib mühərrik sistemi ilə təchiz edilib.

Fasiləsiz şəkildə 4 saat uçuş həyata keçirə bilən və 70 kilometr məsafəyə uça bilən yeni aparatın maksimum uçuş sürəti saatda 100 kilometrdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UAVOS   Borey-10  


Bizi "telegram"da izləyin