ASO-ya məxsus hərbi karvana hücum edilib

2018/08/Снимок_1535636915.png
Oxunub: 4288     22:34     30 Avqust 2018    
YPG terrorçuları Afrində ASO-ya məxsus döyüş maşınlarına hücum həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Azad Suriya Ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, terrorçular Afrinin Kəfr Nəbo şəhərinə doğru göndərilən hərbi karvana hücum ediblər.

Məlumata əsasən, hücum nəticəsində Azad Suriya Ordusunun 4 hərbçisi həlak olub, 2 ədəd zirehli döyüş maşını partladılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ASO   YPG   Afrin  


Bizi "telegram"da izləyin