"YPG" sözünə uyğun 326 nəticə tapıldı!

Hasakada ordu və YPG/PKK qarşı-qarşıya gəlib

2018/09/thumbs_b_c_c5b1932119c08ff8ad618154215283a7_1536403666.jpg
Oxunub: 296     19:00     08 Sentyabr 2018    
Suriyanın şimal-qərbində Hasaka vilayətində YPG/PKK terror qruplaşması ilə Bəşər Əsədə bağlı qüvvələr arasında qarşıdurma yaşanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurma Hasakanın Qamışlı şəhəri yaxınlığında baş verib.

Məlumata əsasən, baş verən döyüş nəticəsində terrorçular ordunun 7 hərbçisini öldürüblər. Eyni zamanda YPG/PKK terror qruplaşmasının bir neçə üzvü yaralanıb.

Qeyd edək ki, Hasakanın hazırda böyük qismi terrorçu qruplaşmanın, çox az hissəsi isə ordu qüvvələrinin nəzarətindədir. Həmçinin bölgədə ABŞ-a məxsus hərbi bazalar da mövcuddur.

Dəyanət Ağalarlı
Ordu.az


Teqlər: Hasaka   YPG   PKK