"Afrin" sözünə uyğun 368 nəticə tapıldı!

TBMM İraq və Suriyada əməliyyatlar üçün icazəni uzadıb

2018/10/45645-1538631544.jpg
Oxunub: 671     09:37     04 Oktyabr 2018    
Türkiyə Böyük Millət Məclisi hökumətin İraq və Suriya ərazisində hərbi əməliyyatlar həyata keçirmə səlahiyyətinə yenidən baxıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu məsələyə sonuncu dəfə ötən il sentyabrın 23-də baxılıb və bu il oktyabrın 31-nə qədər səlahiyyət verilib.

Yeni qəbul edilmiş qərarla isə Türkiyə hökuməti daha bir il ərzində adı qeyd edilən ölkələrdə xarici hərbi əməliyyat keçirilməsinə göstəriş vermə səlahiyyəti əldə edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri hazırda Suriyanın Afrin bölgəsində “Zeytun Budağı” əməliyyatına və Şimali İraqdakı terrorçuların müntəzəm olaraq hədəf alındığı hava əməliyyatlarına davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya