Makron Avropa Ordusunun yaradılmasına çalışır

2018/08/Безымянный_1535613201.jpg
Oxunub: 4238     15:08     30 Avqust 2018    
Fransa prezidenti Emmanuel Makron uzun müddətdir ki, Avropada daha geniş hərbi əməkdaşlığın formalaşdırılmasını arzulayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, özünün sonuncu nitqində İttifaqın xarici təhdidlərdən müdafiədə artıq ABŞ ordusuna güvənməməli olduğunu diqqətə çatdırıb.

Öz siyasi gündəmini açıqladığı nitqində Makron Avropanın təhlükəsizliyinin təminatının avropalılara bağlı olduğunu və Fransanın qitədəki bütün partnyorları ilə təhlükəsizlik əlaqələrini yenidən gözdən keçirəcəyini vurğulayıb.

Bir neçə on ildən sonra Makron Fransa ordusuna özünün tarixi mövqeyini qazandırmaq istəyir. Bu mövqe dünyanın ən yaxşı təchiz olunmuş və ən potensiallı ordularından biri olmaqdır.

Uzun illər ərzində NATO Sovet İttifaqından gələn təhdiddən dolayı bütöv və möhkəm müttəfiqlik şəraitində birgə dayandı. Lakin Trampın az qala bütün çoxtərəfli müttəfiqlikləri nəzərdən keçirmə cəhdlərindən NATO da yan keçə bilmədi. O, Avropadan olan müttəfiqlərinin ədalətli ödəniş etmədiyini düşünür.

Fransanın 40 yaşlı prezidenti isə Fransa ordusunun öz başına yenidən nəhəng və ən güclülər arasında görməyə çalışır. Bu məqsədlə 2019-2025-ci illər üzrə qəbul edilən hökumət planında hərbi xərclərin 344 milyard dollar olması nəzərdə tutulub. Bu, Fransanı NATO-nun 2%-lik hərbi büdcə tələbini qarşılamasına da imkan verəcək.

Həmçinin sözügedən vəsait Fransanın zirehli vasitələrini yeniləyəcək, ona yeni sualtı gəmilər, freqatlar qazandıracaq, döyüş və havadan dəstək təyyarələrinin sayını artıracaq və yeni nəsil silahlar əldə etməsinə şərait yaradacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   ABŞ   Avropa   NATO  


Bizi "telegram"da izləyin