SQQ növbəti strateji məntəqəni azad edib

2018/08/Снимок_1535606000.png
Oxunub: 2931     13:12     30 Avqust 2018    
Suriya Quru Qoşunları ölkənin Sveydədəki Əl-Səfa dağları ətrafında İŞİD-ə qarşı əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar Suriya Quru Qoşunlarının 1, 3 və 10-cu diviziyaları tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı Suriya hərbi mənbələrinin yaydığı məlumata əsasən, ötən gün həyata keçirilən əməliyyatlar nəticəsində bölgənin daha bir strateji məntəqəsi terrorçulardan azad edilib.

Belə ki, Əl-Səfa dağlaranın Huvi Əvəd zonasına endirilən artilleriya zərbələri nəticəsində terrorçular ərazidən çəkilməli olub.

Məlumata əsasən, əməliyyatlar zamanı azı 26 terrorçu məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin