“Lockheed” NASA-nın kosmik daşıyıcısı üzərində işlərini tamamlayıb

2018/08/40402861_2092369297464313_6932817010975834112_n_1535568083.jpg
Oxunub: 2281     02:42     30 Avqust 2018    
“Lockheed Martin” NASA-ya çatdırılacaq “Orion” kosmik gəminin yığılmasını tamamlamaq üzrədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, firmanın texnikləri artıq kosmik gəminin kapsul strukturunun inşasını yekunlaşdırıblar.

Astronavtları Aya aparacaq kapsul yekun yığılma işləri üçün ABŞ-ın Florida ştatına aparılıb. Onun strukturu üzərində işlərin təxminən yeddi ay davam etdiyi bildirilir.

“Lockheed Martin”in texnik və mühəndisləri tərəfindən Nyu Orleans yaxınlığındakı NASA Mischoud Yığılma Təsisatında ərsəyə gətirilən “Orion” NASA-nın EM-2 missiyası üçün nəzərdə tutulub.

Bu gəmi astronavtları günəş sistemində bu vaxta qədər çatılması mümkün olmayan məsafəyə qədər aparacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   NASA   Orion  


Bizi "telegram"da izləyin