Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə SQQ-yə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, tapılan arsenal Tülul əl-Hümur kəndində yerləşən bir binanın zirzəmisində gizlədilib. Kənd bu ilin əvvəllərində SQQ tərəfindən azad edilib.
Ələ keçirilən silah-sursat arasında TOW tank əleyhinə raketlər, ATGM, PPG-lər, ağır pulemyotlar, minaatanlar, kustar üsullarla hazırlanmış partlayıcı qurğular və s. var.
Ağalar Ağalarlı
Ordu.az