Çinin aviasiya dəbilqələri: Kopyalayırıq? Yox, yaradırıq!

2018/08/3454_1534750628.jpg
Oxunub: 4919     15:28     20 Avqust 2018    
Çin xarici bir model nümunəsinin surətini çıxarmaq imkanı qazandıqdan sonra dərhal onun üzərində işləməyə başlayır. Onlar yalnız yeni nümunənin birbaşa surətini çıxarmaqla deyil, həm də onları şəxsi istək və arzularına uyğun şəkildə dəyişdirməyi də bacarırlar. Gələcəkdə topladıqları təcrübə və təklif olunan ideyalar əsasında, xarici nümunələrə məhdud bir oxşarlığı olan tamamilə yeni bir məhsul yaradırlar. Belə proseslər aviasiya dəbilqələri sahəsində də müşahidə edilir. Əvvəllər Çin sənayesi sadəcə xarici nümunələri kopyalayırdısa, indi artıq özünün məhsullarını yaradır.

Məlumatlara görə, Çin hərbçiləri və mühəndisləri aviasiya dəbilqələri sahəsində qarışıq bir yanaşmadan istifadə edirlər. Hazırda Çinin döyüş təyyarəsinin əsasını müxtəlif Sovet-Rusiya istehsalı Su-27 təyyarələri və onların Çin versiyaları təşkil edir. Ən yeni nümunə bir neçə il bundan əvvəl seriyaya daxil olan Su-35 qırıcısıdır. Əvvəllər Çin Hərbi Hava Qüvvələri ya xaricdə, ya da Çində kopyalanaraq istehsal edilən dəbilqələrdən istifadə etməyə məcbur idi. Lakin hazırda onlar yerli müəssisələrdə istehsal edilən olduqca maraqlı məhsulları əldə ediblər.

TK-11, ÇXAO-nun Hərbi Hava Qüvvələrində ən çox yayılan dəbilqələrdən biridir

Bildiyimiz kimi, Su-27 sinifindən olan təyyarələrdə uzun müddət Rusiyanın ZŞ-7APN, eləcə də Çinin TK-12A dəbilqələrindən istifadə edilirdi. TK-12A dəbilqəsinin dizaynında Rusiyanın ZŞ-7 modelinin dəyişdirilən formasından istifadə edilib.

Bu dəbilqədə dizaynın və ümumi konturların əsas xüsusiyyətlərini qoruyaraq bəzi texniki və erqonomik dəyişikliklər tətbiq edilib. Bundan əlavə, müəyyən bir müddətdən sonra dəbilqələrin "bədii tərtibatı" da dəyişib. Parlaq ağ rəng boz rənglə əvəz edildi.

Çinin "Jinji Toutiao" qəzeti yazır ki, pilotlar daim ZŞ-7APN dəbilqəsindən və onun Çin kopyasından şikayətləniblər. Onların fikrincə, bu məhsul çox böyük və ağırdır. Bu isə pilotun həm fəaliyyət şəraitini pisləşdirir, həm də güclü və aktiv manevrlərdə baş verən həddindən artıq yüklənmə zamanı boyun və onurğa sütununa təzyiqi artırır. Beləliklə, hava qüvvələrinin pilotları üçün daha rahat olan fərqli qoruyucu dəbilqəyə ehtiyac duyulurdu.

Xarici nəşr, Rusiya dəbilqələrinin, onların hədəf təyinat sistemlərinin və müasir əlavə avadanlıqlarının istifadəsi ilə əlaqəli çatışmazlıqlar barədə də yazır. ZŞ-7 ailəsinə və onların nüsxələrinə aid olan dəbilqələr əlavə avadanlıq quraşdırmaq üçün dəstəklə təchiz edilib, lakin dəbilqənin dizaynında inteqrasiya imkanı nəzərə alınmayıb. Bu isə aviasiya texnologiyalarının inkişafındakı mövcud tendensiyalara tam uyğun gəlmir.

Pilot TK-14 dəbilqəsində

Ciddi etirazlara baxmayaraq Çin hərbçiləri xarici və yerli istehsalın mövcud modellərini istifadə etməkdə davam edirlər. Bildiyimiz kimi, "əlverişsiz" dəbilqələr son Su-35 döyüşçülərində də istifadə olunub və olunur.

Bir neçə il bundan əvvəl pilotların iş şəraitinin yaxşılaşdırılması üçün xüsusi tədbirlər görülməyə başlayıb. Yeni tələblərə cavab verən bir sıra yeni dəbilqələr hazırlanıb.

Keçən onillikdə TK-14 markalı perspektivli bir aviasiya dəbilqəsi yaradıldı. Görünüşündən bu dəbilqənin həm Sovet/Rusiya, həm də Qərbin təcrübəsi nəzərə alınaraq hazırlandığı məlum olur. ZŞ-7 və TK-12A-dan "14" saylı məhsul korpusun fərqli bir forması ilə fərqlənir, bu isə onun ölçülərini bir qədər azaltmağa imkan yaradır. İşıq süzgəci kənarda yerləşdirilib, ona görə əlavə bir əyri örtük quraşdırılıb. Örtükdə ZŞ-7AP tipində istifadə olunan bir dəstək də yerləşdirilib. TK-14 dəbilqəsində gecə görmə cihazlarından və ya dəbilqəüstü hədəf təyinat sistemindən istifadə edilməsi təklif edilir. Sonuncu, müxtəlif mənbələrə görə, Rusiyanın köməyi ilə ilə yaradılıb.

Nəticədə, xüsusiyyətləri və qabiliyyətləri baxımından yeni Çin dəbilqəsi mövcud Rusiya və Çin məhsullarından bir qədər də fərqlənirdi. Lakin mövcud nümunələrin birbaşa kopyalanması məsələsi artıq aradan qalxıb.

Əlavə aparatlarla standart dəbilqə

Çinin növbəti istehsalı TK-21 dəbilqəsi oldu. Xarici görünüşünə görə əvvəlki dizayna bənzər idi, lakin digər material və texnologiyalardan istifadə olunurdu, bundan başqa dəbilqənin daxili avadanlıqları da fərqlənirdi. Ümumi konstruksiya eyni qalırdı. İşıq süzgəci korpusun xaricində yerləşidirildi və örtüklə qapandı. TK-21-nin bəzi modifikasiyasında əlavə avadanlıqların quraşdırılması üçün örtükdə dəstək də nəzərdə tutulurdu.

Bir neçə il bundan öncə, Çin sərgilərindən birində qeyri-adi əlavə qurğulara və yeni işıq süzgəcinin örtüyünə sahib olan maraqlı TK-21 dəbiqəsinin modifikasiyası göstərildi. Dizaynerlər, örtüyün ölçüsünü artırdılar: indi onun aşağı hüssəsi tənəffüs maskasının bərkidilməsi yerinə qədər çatırdı. Örtüyün üst tərəfinin mərkəzində dəbilqəyə quraşdırılan hədəf təyinat sisteminin korpusu yerləşdirilib. Örtüyün yan tərəflərində işıq qurğusu olan keçid yuvaları nəzərdə tutulub.

Məlumatlara görə, sonuncu, hədəf təyinat və ya digər sistemdən istifadə edərkən pilotun başının vəziyyətini izləmək üçün təyin edilib.

Bu gün Çin döyüş təyyarələrinin pilotları üçün əlavə avadanlıqlarla təchiz edilən, idarəetməni və silahların döyüşdə istifadə edilməsini asanlaşdıran yeni aviasiya dəbilqələri istehsal edir.

Beləliklə yeni nəsil J-20 və J-31 qırıcıları üçün inteqrasiyalı ekrana sahib dəbilqə hazırlanıb. Sonuncu kifayət qədər böyükdür, buna görə də "qarışqa başı" ləqəbini qazanıb. Bu dəbilqənin istifadəsi beşinci nəsil qırıcının potensialını daha dərindən reallaşdırmağa imkan verir.

Yerdəyişməni izləmək üçün "marker"li dəbilqə

Çox yaxın bir zamanda, Çin sənayesinin mövcud texnologiyalar ilə uyğun gələn yeni bir aviasiya dəbilqəsini inkişaf etdirdiyi məlum oldu. ÇXAO-nun HHQ-si bu yaxınlarda onlara verilən Su-35 təyyarələrinin iştirak etdiyi son təlimlərin fotoşəkillərini dərc etdi. Uçuşlar zamanı pilotlar əvvəllər məlum olmayan yeni dəbilqələrdən istifadə edirdilər. Tezliklə Çin mətbuatı bu dəbilqənin yalnız Su-35 ilə deyil, həm də digər vasitələrdə istifadə edilə biləcəyini öyrəndi. Bu dəbilqə Çin istehsalı qırıcılarla bərabər Su-27 ailəsinin digər təyyarələri ilə də uyğun gəlir.

Təəssüf ki, yeni dəbilqənin dəqiq adı hələ də məlum deyil. Lakin dərc edilən fotolar perspektivli məhsulu diqqətlə nəzərdən keçirməyə və bəzi proqnozlar verməyə imkan yaradır. İlk növbədə fotoşəkillər yeni Çin dəbilqəsinin bəzi mövcud məhsullardan dana kiçik ölçülərlə fərqləndiyini göstərir. Konstruktorlar aşağı hissəsində qulaqlıq qarnitur elementləri yerləşən geniş alt hissədən və pilotun baş ölçülərinə uyğun olan daralan yuxarı həcmə malik korpusdan istifadə ediblər. Aydındır ki, bu forma sayəsində zəruri imkanları qoruyarkən dəbilqənin çəkisinin azalmasına nail olublar.

Korpusu kiçiltmək üçün yenidən işıq süzgəcini dəbilqənin daxilindən xaric ediblər. Bu zaman onu böyük əyri örtük örtür. Örtüyün mərkəz hissəsində, ehtimal ki, gələn hava axınının keçməsi üçün nəzərdə tutulan iki böyük dəlik mövcuddur. Dəbilqənin ön və aşağı hissəsində tənəffüs maskasının quraşdırılması üçün yuva yerləşdirilib.

Ekran quraşdırılan "Qarışqa başı"lı pilot

Maraqlıdır ki, "Jinji Toutiao" nəşri aviasiya dəbilqələri mövzusunda son məqaləsində yeni dəbilqə üzərində ekran və ya hədəf təyinat sisteminin bərkidilməsi üçün müəyyən kiçik qurğular tapmağa müvəffəq olub. Burada işıq süzgəcinin örtüyünün hamar olduğunu, onun üzərindəki azsaylı çıxıntıların isə örtüyün korpusa bərkidilmə elementləri olduğunu görə bilmək elə də çətin deyil.

Çin nəşrinin məlumatına görə Su-27/35 üçün yeni dəbilqə əvvəlkilərdən həm kiçik dir, həm də aşağı kütləyə malikdir.

Bu avadanlıqların dəqiq xüsusiyyətləri məlum deyil. Xarici səthin və konfiqurasiyanın fərqli formaları kütlədəki bəzi fərqlərin mövcud olduğunu qəbul etməyə imkan verir, lakin onları dəqiq qiymətləndirmək mümkün deyil. Bundan əlavə, yeni dəbilqənin güclü manevr zamanı pilotun bədəninə düşən təzyiq yükünü necə azaltdığını yalnız ehtimal etmək olar.

Çindən gələn son xəbərlər də bir az maraq doğurur. Hərbi Hava Qüvvələrinin maraqlarına uyğun çalışan aviasiya sənayesi paralel olaraq bir neçə yeni avadanlıq yaradır. Mövcud 4-cü nəsil qırıcıları üçün də təkmilləşdirilən erqonomikaya malik olan yeni məhsullar təklif olunur. Yəqin ki, onların da yeni əlavə cihazlara malik yüngül dəbilqələr ilə uyğunluğu təmin olunacaq.

Yeni tipli yüngül dəbilqə

Paralel olaraq konstruktor büroları yeni nəsil təyyarələrin mühafizə vasitələrinin üzərində çalışırlar. Bu vəziyyətdə, əlbəttə ki, erqonomikanın tələbləri nəzərə alınır, lakin eyni zamanda pilotun imkanlarını və onun təyyarəsinin döyüş potensialını artıran yeni cihaz və qurğular da tətbiq olunur.

Məlum hesabatlara görə, Çinin Su-27 ailəsinin qırıcılarının pilotlarlarını yeni dəbilqələrlə təchiz olunması proqramını həyata keçirmək istədiyi ehtimal olunur.

Əgər belədirsə, sənaye müəssisələri çox sayda dəbilqənin tədarükü üçün çox böyük bir sifariş yerinə yetirəcək. Hava qüvvələrinə ən azı bir neçə yüz yeni məhsul lazımdır. Əgər təchizat Su-27 xəttinin törəmələrinə də aid ediləcəksə, o zaman orduya daha çox dəbilqə lazım olacaq.

Məlumatlara görə, Çin Hərbi Hava Qüvvələrində J-11 qırıcılarının bütün əsas modifikasiyalarının sayı iki yüzdən çoxdur. Su-27SK və Su-27UBK qırıcılarının ümumi sayı isə 75 ədəddən çoxdur. Həmçinin Su-30 qırıcılarının iki modifikasiyanda təxminən 100 ədəd qırıcı mövcuddur. Hazırda 24 ədəd Su-35 təyyarəsinin təslim edilməsi üçün sifariş yerinə yetirilir, onların çoxu artıq Çin ordusuna təhvil verilib. Xatırladaq ki, Çin Xalq Azadlıq Ordusu cəbhə aviasiyasının tərkibində yeni dəbilqələrə ehtiyacı olan böyük miqdarda digər hava vasitələri də mövcuddur.

Görünür, yeni dəbilqə əlavə qurğular üçün dəstəyə malik deyil

Son illərdə nəşr olunan məlumatlar göstərir ki, Çin aviasiya sənayesi təyyarənin özü ilə bərabər onun silah və avadanlıqlarını da inkişaf etdirir. Rabitə sistemləri və digər avadanlıqla təchiz olun pilotların fərdi mühafizə vasitələrinə xüsusi diqqət yetirilir. ÇXAO-nun HHQ-si başa düşür ki, müasir aviasiya dəbilqəsinin yalnız işıq süzgəcinə və oksigen maskasına malik olması yetərli deyil, həm də ətraf müşahidəni, təyyarə və onun silahlarının idarəedilməsini təmin edən qurğulara sahib olmalıdır. Bütün bunlar yeni dəbilqə layihələrində nəzərə alınır.

Yeni Çin aviasiya dəbilqə layihələrinin təməlində bir neçə əsas ideya mövcuddur, lakin onlardan müxtəlif usullarla fərqli kombinasiyalarda istifadə olunur. Nəticədə, demək olar ki, bütün yeni məhsullar azaldılmış ölçülərlə xarakterizə olunur, lakin onların bəziləri müntəzəm olaraq əlavə avadanlıqlar qəbul edirlər. Başqa bir xüsusiyyət isə parıltını və təyyarənin aşkarlanmasını istisna edən yeni boz rəngin qəbul edilməsindən ibarətdir.

Dəbilqə pilotun avadanlıqlarının mühüm bir hissəsidir, son zamanlarda isə artıq təyyarənin radioelektron avadanlıqlarının komponenti sayılır. Çin komandanlığı bunu yaxşı başa düşür və buna görə də uzun müddətdir ki, bu istiqamətin fəal inkişafına başlayıb. Müasir dəbilqə yalnız mühafizəni və rabitəni təmin etmir, həm də əlavə avadanlıq sayəsində təyyarənin döyüş qabiliyyətini artırır və əsas döyüş tapşırıqlarının həllini asanlaşdırır. Böyük bir təyyarənin fonunda demək olar ki, diqqəti cəlb etməyən kiçik bir dəbilqə əslində döyüş aviasiyası üçün çox böyük əhəmiyyət kəsb edir.

Məlumat Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Çin   HHQ   Dəbilqə  

Çinin aviasiya dəbilqələri: Kopyalayırıq? Yox, yaradırıq!

2018/08/3454_1534750628.jpg
Oxunub: 4920     15:28     20 Avqust 2018    