BMT ekspertləri ABŞ-ni Kubaya qarşı qanunsuz təzyiqdə ittiham edib

2026/05/1779857057.jpg
Oxunub: 177     09:13     04 İyun 2026    
BMT-nin insan hüquqları üzrə müstəqil ekspertləri ABŞ administrasiyasını Kubanın suverenliyinə qarşı yönəlmiş addımlardan imtina etməyə çağırıblar.

Ordu.az xəbər verir ki, ekspertlər Vaşinqtonu beynəlxalq hüququn pozulması nəticəsində tətbiq olunduğunu bildirdikləri sanksiyaları ləğv etməyə çağırıblar.

Onların sözlərinə görə, təhdid və təzyiq yolu ilə Kubanın konstitusiya quruluşunu dəyişdirməyə yönələn cəhdlər müstəmləkəçilik dövrünün metodlarını xatırladır.

Ekspertlər mart ayında elan edilən “Donroe Doktrinası”nın ABŞ-nin Qərb yarımkürəsində üstünlüyünü təsdiqlədiyini və bunun ciddi narahatlıq yaratdığını bildiriblər.

BMT nümayəndələri həmçinin Donald Trampın Kuba ilə bağlı bəzi açıqlamalarını bu ölkəyə qarşı məcburetmə siyasətinin göstəricisi kimi qiymətləndiriblər. Onlar ABŞ-nin uzun illərdir tətbiq etdiyi embarqonu və Kubaya qarşı son yanacaq blokadasını da tənqid ediblər.

Ekspertlər Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı ABŞ-də irəli sürülən ittihamları daxili məhkəmə mexanizmlərindən xarici siyasət aləti kimi istifadə nümunəsi adlandırıblar.

Bundan başqa, USS “Nimitz” aviadaşıyıcısının Karib hövzəsinin cənub hissəsinə göndərilməsi də əlavə təzyiq vasitəsi kimi qiymətləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   ABŞ   Kuba  


Bizi "telegram"da izləyin