Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalmaqda davam edir

2026/06/1780549824.jpg
Oxunub: 196     09:14     04 İyun 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalmaqda davam edir.

Ordu.az xəbər verir ki, bölgədə baş verən son hadisələr İran ilə ABŞ arasında aparılan danışıqların hələlik yalnız dialoqun davam etdirilməsi istiqamətində olduğunu göstərir.

Məlumata görə, İsrail elan olunmuş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki olaraq pozulduğunu nümayiş etdirir.

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanmasına dair danışıqların gedişindən hələlik razı qaldığını bəyan edib.

“The Hill” nəşrinin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının üzvləri Donald Trampı İrana qarşı zərbələri dayandırmağa çağıran qətnaməni dəstəkləyiblər.

ABŞ Dövlət Departamenti isə Vaşinqtonun vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livanın atəşkəs rejiminə riayət etmək barədə razılığa gəldiyini açıqlayıb. Bildirilib ki, bunun şərtlərindən biri “Hizbullah”ın bütün hücumları dayandırmasıdır.

“The Wall Street Journal”ın yazdığına görə, Donald Tramp yaxın ətrafına bildirib ki, yalnız ABŞ hərbçilərinin həlak olması halında İranla qüvvədə olan atəşkəs rejimindən imtina edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin